FestivallarMusiqiMədəniyyət

Sahib Paşazadə Beynəlxalq Festivalın “Qran pri”sinə layiq görülüb

Səmərqənd şəhərinin Reqistan meydanında “Şərq təranələri” ХI Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib. Festivalda dünyanın 60-dək ölkəsindən 280 ifaçı və musiqi nəzəriyyəçisi iştirak edib.

Frame.az xəbər verir ki, Azərbaycanın gənc tarzəni, beynəlxalq müsabiqələr laureatı, Əməkdar Artist Sahib Paşazadə festivalın “Qran pri” mükafatına layiq görülüb. Onu nağarada Kamran Kərimov müşayiət edib. Onların 16 dəqiqəlik çıxışı münsiflər heyətinin və iştirakçıların böyük marağına səbəb olub.

Xatırladaq ki, S.Paşazadə “Muğam dünyası” layihəsinin daimi iştirakçısı, yaratdığı xalq çalğı alətləri ansamblının bədii rəhbəri, Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının dosentidir. O, “Ağcaqayın yarpağı” adlı beynəlxalq “Qran pri”yə, Kanadanın Niaqara şəhərində keçirilən beynəlxalq musiqi festivalında isə “Tarın Paqaninisi” tituluna layiq görülüb.

1997-ci ildə Səmərqənddə keçirilən birinci festivalda Simarə İmanova “Qran pri” mükafatına layiq görülmüşdü. Sahib Paşazadə artıq ikinci “Qran pri”ni Azərbaycana gətirəcək. Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə ikinci yerləri tutublar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!