IdmanTəqdimat

Şahmat üzrə oğlanlar və qızlar arasında ölkə çempionatının qalibləri müəyyənləşib

Şahmat üzrə 14, 16 və 18 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatı başa çatıb.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, yarışın yekun nəticəsinə əsasən 8,5 xal toplayan Dinara Hüseynova və aktivində 9 xalı olan Paşam Əlizadə 14 yaşadək iştirakçılar arasında çempion olub. Gəncə təmsilçisi Səadət Bəşirli ikinci yeri tutub. 14 yaşadək oğlanların birinciliyində Yunis Mahmudzadə gümüş medal qazanıb. Məryəm Ağaverdiyeva 8 xalla ilk üçlüyü qapayıb. Kənan İsbatov 7,5 xalla bürünc medalçı olub.

Turnir ərzində 10 xal toplayan Sumqayıt şahmatçısı Nurtən Nuriyeva 16 yaşadək qızlar arasında qalib adını qazanıb. Gəncə şahmat məktəbinin yetirməsi Leyla Budaqova 9,5 xalla ikinci yerlə kifayətlənib. Ayan Hüseynli 8 xalla üçüncü yeri tutub. Bu yaş kateqoriyasında oğlanların mübarizəsində Tunar Davudov 9,5 xalla turniri birinci yerdə başa vurub. Şəki şahmatçısı İslam Hacıəliyev və Səid Zeynalov müvafiq olaraq ikinci-üçüncü yerləri bölüşdürüb. 18 yaşadək oğlanların yarışında Şiroğlan Talıbov hamıdan çox xal toplayıb – 7,5 xal. Şahin Vəliyev gümüş, Orxan Bağırov bürünc medala layiq görülüb.

Yarışın bağlanış mərasimində Azərbaycan Şahmat Federasiyasının Birinci Vitse-Prezidenti Faiq Həsənov qalib və mükafatçıları təbrik edib. Onlara beynəlxalq yarışlarda uğurlar arzulayıb.

Ölkə çempionatlarında ilk üç yeri tutan şahmatçılar Gənclər və İdman Nazirliyinin diplom və medalları ilə təltif olunublar. Çempionatın qalibləri müvafiq yaş qruplarında dünya çempionatına, ikinci yeri tutan şahmatçılar isə Avropa çempionatına ezam ediləcək.

Qeyd edək ki, ölkə çempionatı Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!