“Sezar” salatı barədə maraqlı faktlar
Çoxlarının bəyəndiyi “Sezar” salatının Yuliy Sezara heç bir aidiyatı yoxdur. Bu salat italyan mənşəli amerikan aşpazı Sezar Kardininin şərəfinə belə adlandırılıb. Şaiyələrə görə ABŞ-da Müstəqillik Günü Kardininin restoranında ziyarətçilər menyuda olan bütün yeməkləri sifariş etmiş və yemək hazırlamaq üçün məhsul qalmamışdı. Yeni gələn ziyarətçilərin israrla yemək tələb etdiklərini görən aşpaz mətbəxdə qalmış olan qida məhsullarından salat hazırlayaraq gələnlərin qida tələbatını ödəyir. Bu hazırlanan salat da sonradan aşpazın adını daşımağa başlayır. Frame.az