EventsIqtisadiyyatTəqdimat

SHE Congress beşinci dəfə Bakıda keçirilir

Regionun qadın liderliyinə həsr edilən ən böyük tədbirlərindən biri olan SHE Congress 17 may 2023-cü il tarixində JW Marriott Absheron Baku-da baş tutacaq.

2017-ci ildə fəaliyyətə başladığı ilk gündən SHE (Smart, Happy, Equal) Congress-in missiyası qadınların şəxsi və peşəkar inkişaflarına dəstək olmaq, həmçinin həyatın bütün sahələrində gender bərabərliyini təşviq etmək olub. Şəbəkələşmək, öyrənmək və təcrübə mübadiləsi üçün unikal platforma təqdim etməklə, SHE Congress Azərbaycanda və regionda qadın liderliyi sahəsində aparıcı qüvvəyə çevilib.

Qadınlar üçün hüquq və imkanların artırılmasına yönəlmiş məqsədyönlü sistemli dəstəyi ilə SHE Congress 5 nömrəli Dayanıqlı İnkişaf Məqsədinin (Sustainable Development Goals) – gender bərabərliyinin və bu siyahıya daxil edilən digər məqsədlərin əldə edilməsinə mühüm töhfə verir və dünyanın daha ədalətli və dayanıqlı olmasına kömək edir.

Builki tədbir “ÖZ HƏYATINA SAHİB OL” (“OWN YOUR LIFE”) şüarı altında baş tutacaq. Qadınları öz potensiallarını tam reallaşdırmağa həvəsləndirmək üçün nəzərdə tutulmuş intensiv tədbir proqramına müxtəlif ölkələrdən və sahələrdən dəvət olunmuş görkəmli spikerlərin təqdimatları, panel müzakirələri və ən əsası, qarşılıqlı ünsiyyət daxildir. SHE Congress hər zaman qadınlara təhsil almağa, bizneslərini inkişaf etdirməyə, karyeralarını yüksəltməyə və şəxsi balanslarını tapmağa kömək edən ideyalar, alətlər və resurslar məcmusu kimi çıxış edib.

SHE Konqresinin təsisçisi, sahibkar Tatyana Mikayılova qeyd edir: 11 ildən artıqdır ki məşğul olduğum qadın liderliyinin inkişafı proqramlarında əsas ideya qadının seçim hüququ olması mövsuzuna köklənir. Bu istənilən sahəyə aiddir. Məhz Azərbaycan 1917-ci ildə müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk ölkə olub. Qadınların həyatın bütün sahələrində tam şəkildə iştirakı təkcə sosial ədalət məsələsi deyil, həm də ölkənin və regionun iqtisadi yüksəlişi və davamlı inkişafı üçün zəruri şərtdir. SHE Congress-in məqsədi qadınlara təhsilin həyat boyu təmin etdiyi imkanları və şəxsi böyümə və inkişafa sərmayəni göstərməkdir”.

SHE Congress qadın liderliyinin inkişafına dəstək verən təşkilatlarla əməkdaşlıq etməkdən qürur duyur. Məhz onların sayəsində tədbirdə iştirak ödənişsizdir və bu da maariflənməyi daha əlçatan etməyə imkan verir. SHE Congress-in uzunmüddətli tərəfdaşı olan KOBİA (İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) qadın sahibkarlığının iqtisadiyyat üçün əhəmiyyətini açıq şəkildə nümayiş etdirir. Platinum tərəfdaş olan Yelo Bank, Mastercard kimi maliyyə sektoru tərəfdən dəstək göstərir. Azercell-in qızlar və qadınlar üçün dəstək proqramları mövcuddur və SHE ilə əməkdaşlıq böyük səyləri bir araya gətirən sinerjidir. Tədbirin tərəfdaşları Braun və Bosch gender bərabərliyinin dəstəklənməsinə yönəlmiş proqramlar sahəsində beynəlxalq liderlərdir, onlar üçün SHE Congress-ə dəstək Azərbaycanda və bütün regionda qadınlara dəstəyin ifadəsidir. Femmes Digitales daha çox qadına özlərini texnologiya sənayesi və dəqiq elmlərdə sübut etməyə kömək edir, Crimson Education isə dərin anlayış ilə həyatın istənilən mərhələsində təhsilin əhəmiyyəti və dəyəri haqda ideyanı təbliğ edir.

SHE Congress qadın liderliyinin gücünə inanan və qlobal şəkildə müsbət dəyişikliyə nail olmaq üçün qadın sərbəstliyinə dəstək verənlər üçündür. Qiymətli transformasiya təcrübəsinin bir hissəsi olmaq şansınızı qaçırmayın!

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!