“PAŞA Sığortanın endirimli və hədiyyəli kampaniyaları sentyabr ayı boyunca davam edir!
Sentyabr ayının sonunadək KASKO könüllü avtomobil sığortası üzrə PAŞA Sığortaya müraciət edən müştərilər “KASKO Bonus” və “Hədiyyəli Optimal KASKO” kampaniyalarından yararlana bilərlər.
“Optimal KASKO” könüllü avtomobil sığortasını Hesab.az vasitəsilə əldə edən müştərilərə şamil olunan “Hədiyyəli Optimal KASKO” kampaniyası çərçivəsində Optimal KASKO məhsulunun 5.000AZN təminat paketini əldə edəcək hər kəs 50 AZN nominallı, 10.000 AZN təminat paketi seçəcək müştərilər isə tam 100 AZN nominallı hədiyyə yanacaq kartı qazanacaqlar.
KASKO sığortası üzrə davam edən “KASKO Bonus” adlı digər kampaniyanın şərtlərinə əsasən isə, qəzasız sürücülük təcrübəsinə sahib, nümunəvi sürücü olan müştərilər 20%-dək endirimli qiymətlə Tam KASKO sığorta məhsulunu əldə edə bilərlər.
Beləki, müştərilər qəzasız sürücülük təcrübəsinə əsasən icbari avtomobil sığortası üzrə tətbiq edilən bonus əmsalına uyğun könüllü avtomobil sığortası üzrə də endirim əldə edə biləcəklər.
Bununla bonus əmsalı nəzərə alınmaqla müştərilər Tam KASKO sığortasında müvafiq olaraq 10%, 15% və 20% endirim qazanacaqlar. Qeyd edək ki, kampaniya 500 AZN və daha çox sığorta haqqına malik Tam KASKO sığorta məhsulu müştərilərinə şamil edilir.
Kampaniyalar haqqında məlumat əldə etmək, eyni zamanda müraciət üçün *7000 Sığorta Məsləhətləri xətti ilə əlaqə saxlamaq mümkündür. Bununla yanaşı, müştərilər avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq “PAŞA Sığorta” şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək və ya birbaşa rəsmi saytımızdan (https://www.pasha-insurance.az/az/products-and-services/individual-insurance/motor-insurance/voluntary/tamkasko#tab5) kampaniya üçün müraciət edə bilərlər.
Əlavə olaraq, “Hədiyyəli Optimal Kasko” kampaniyasından yararlanmaq üçün https://hesab.az/unregistered/#/insurance/casco/optimal keçidi ilə Hesab.az platformasına daxil olmaq mümkündür.