EventsSosialSərgi

“Simmetriya” Sağlamlıq Mərkəzi uşaqları sevindirdi

15 dekabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Simmetriya” Sağlamlıq Mərkəzinin dəstəyi ilə valideyn himayəsindən mərhum olmuş uşaqlar üçün xoş təəssüratlarla dolu xüsusi tədbir keçirildi.

İlk öncə uşaqlar muzeyin ekspozisiyası ilə tanış olaraq əsərlərin sehirli aurasına və əsrarəngiz gözəlliyinə qərq oldular. Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının təqdim etdiyi milli musiqinin ecaskar melodiyaları uşaqları valeh etdi. Uşaqlar “Təbiətdə simmetriya və onun incəsənətdə təzahür şəkli” adlı kiçik mühazirəni dinlədilər. Daha sonra ustad dərsində panno üzərində Yeni ilin ayrılmaz atributu, uşaqlıqdan bizi hədiyyələrlə sevidərən və varlığına inandığımız möcüzəli Şaxta Baba obrazını yaratdılar.

Xatırladak ki, ilk dəfə deyil ki, “Symmetria” Sağlamlıq Mərkəzi mədəni fəaliyyətlərə dəstək göstərir. Onlardan biri Mərkəzdə keçirilən gənc rəssamın Cəmalə Rəhmanlının yaradıcılığına həsr olunmuş sərgi idi.

Tədbirin sonunda “Symmetria” Sağlamlıq Mərkəzi Azərbaycan Milli İncəsənət Muzeyi ilə birgə qarşısından yeni il münasibəti ilə uşaqları təbrik edərək, kiçik hədiyyələrlə sevindirdi.

Mərkəzlə əməkdaşlıq qurulması münasibəti ilə mərkəzin rəhbərliyi “Muzeyin dostu” fəxri diplomu ilə təltif edildi.
Sonda qonaqlarımızı xoş bir xəbərlə də sevindirmək istəyirik: «Symmetria» Sağlamlıq Mərkəzinin dəstəyi ilə bazar günü- 17 dekabr tarixində Milli İncəsənət Muzeyinə giriş hamı üçün ödənişsizdir.

Milli İncəsənət Muzeyi “Symmetria” Sağlamlıq Mərkəzinə 4 nömrəli Respublika xüsusi internat məktəbin və 2 nömrəli ümumi orta internat məktəbinin uşaqlarına göstərdiyi qayğıya görə dərin minnətdarlığımızı bildiririk.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!