EventsTəqdimat

Sizi “Ailə günü”nə dəvət edirik!

Əziz dostlar, sizi “Ailə günü”nə dəvət edirik!
Azərbaycan Xalça Muzeyi
28 yanvar 2017-ci il, saat 11:00 – 19:00

MÜSABİQƏLƏR
1. Məşhur memar Elçin Əliyevlə görüş – görüş zamanı Elçin müəllim uşaqlara Abşeron memarlığının tarixindən danışacaq. İştirakçılar Bakı-Abşeron abidələrinin rəsmini çəkəcək və Elçin müəllim tərəfindən seçilən ən yaxşı 5 rəsm əsərinin müəllifləri mükafatlandırılacaq.
Ekspozisiyanın III mərtəbəsi, kinozal
11:00-13:00
2. “İstedad sənsən” (+7) − Bakı şəhər məktəblilərinin iştirakı ilə müxtəlif nominasiyalar (xalq mahnıları, rəqs, bədii qiraət, rəsm) üzrə müsabiqə
Ekspozisiyanın III mərtəbəsi
15:00-17:00

OYUNLAR
3. “Öz xalçanı yarat” kompüter proqramı (+6)
Ekspozisiyanın III mərtəbəsi
11:00-14:00, 15:00-19:00
4. Xalça pazlını yığ (+10)
Ekspozisiyanın II mərtəbəsi
11:00-19:00
5.Qrand Bazar (masaüstü oyun)
İştirakçıların sayı – 10 nəfər
Ekspozisiyanın II mərtəbəsi
15:00-17:00

ÖYRƏN VƏ ƏYLƏN
6. “Xalçalarda yaşayan əfsanələr” mövzusunda tematik ekskursiyalar (Azərbaycan, ingilis və rus dillərində)
Toplantı yeri − foye
12:00 (AZ), 16:00 (İNG), 18:00 (RUS)
7. Nağıl saatı (+3) − uşaq yazarı Gülzar İbrahimovanın nağıl dünyasına səyahət
Ekspozisiyanın II mərtəbəsi, Qarabağ otağı
14:00-15:00
8. Kukla teatrı “Cırtdanın nağılı” adlı tamaşa (+3)
Ekspozisiyanın III mərtəbəsi, kinozal
14:00-14:30
9. HUMEL Psixologiya Mərkəzi ilə birlikdə ailə gerbini yarat – psixokorreksiya metodikası olaraq ailədaxili münasibətlərin möhkəmləndirilməsi, valideyn-övlad, qadın-kişi münasibətlərinin yaxşılaşdırılması
İşitrakçıların sayı məhduddur: qrup halında 5 ailə (1 ailə=2 böyük+1±2)
Ekspozisiyanın I mərtəbəsi, kitabxana
13:00-15:00
10. Azərbaycan cizgi filmlərini izlə (+3)
Ekspozisiyanın III mərtəbəsi, kinozal
17:00-19:00

USTAD DƏRSLƏR
11. Özün rənglə (+3)
Ekspozisiyanın III mərtəbəsi
11:00-19:00
12. Rəngli kağızlardan oyuncaqlar düzəlt (+3)
İştirakçıların sayı məhduddur: 80 nəfər
Ekspozisiyanın III mərtəbəsi
11:00-13.00, 17.00-19:00
13. Dekorativ əl işləri hazırla (+7) – burada iştirakçılar dekorativ çantalar , yumşaq oyuncaqlar və digər aksesuarlar hazırlayacaq
İştirakçıların sayı məhduddur – 40 nəfər
Ekspozisiyanın I mərtəbəsi, konfrans zalı
11:00-12:00, 17:00-18:00
14. Gülməli papaqlar hazırla (+5)
İştirakçıların sayı məhduddur – 40 nəfər
Uşaq muzeyi şöbəsi
11:00-12:00, 16:00-17:00
15. Dekorativ bəzək əşyaları hazırla (+7) – burada iştirakçılar saç aksesuarları və breloklar düzəldəcəklər
İştirakçıların sayı məhduddur – 40 nəfər
Ekspozisiyanın I mərtəbəsi, konfrans zalı
11:30-12:30, 17:00-18:00
16. “Tilda” kuklasını yarat (+10) − ustad dərsə öncədən yazılmaq mütləqdir
İştirakçıların sayı məhduddur – 15 nəfər
Uşaq muzeyi şöbəsi
15:00-17:00
17. Sehrli açıqca hazırla (+7)
İştirakçıların sayı məhduddur – 60 nəfər
Ekspozisiyanın I mərtəbəsi, konfrans zalı
12:00-13:00, 17:00-18:00

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!