Skautların Avarçəkmə Düşərgəsi
Skautlardan Yenilik !!!
Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Skautlar Assosiasiyası Mingəçevirdə Avarçəkmə düşərgəsini təşkil edir.
9-12 sentyabr 2016-cı il tarixlərində Azərbaycanın İşıqlar Şəhəri olan Mingəçevirdə ilk dəfə olaraq “Skautların Avarçəkmə Düşərgəsi” təşkil olunacaqdır. Düşərgənin əsas məqsədi yeniyetmə və gənclər arasında Olimpiya Oyunlarında və Dünya Kuboklarında Azərbaycan idmançılarının uğurla çıxış etdikləri avarçəkmə idman növlərinə marağın artırılması və Mingəçevirdə skaut hərəkatının təbliğindən ibarətdir.
Düşərgə zamanı iştirakçılar avarçəkmə idman növləri olan kanoe, baydarka ilə üzmə bacarıqları öyrənəcək, skautların həyat tərzi, öyrənmə metodları və dinamik (ekstrim) proqrama uyğun digər fəaliyyətləri ilə tanış olacaqlar.
Kür çayı sahilində əyləncəli skaut fəaliyyətləri ilə yanaşı proqrama, iştirakçıların Mingəçevir şəhərini yaxından tanımaq, gəmidə səyahət etmək, gecə yürüşü, balıq tutmaq, su anbarına ekskursiya və digər bu kimi fəaliyyətləri daxildir.
* KİMLƏR İŞTİRAK EDƏ BİLƏR:
11-22 yaş arası skaut və skaut olmayan digər iştirakçılar;
22+ böyük yaşlılar
Qeyd: Böyükyaşlılar üçün yer məhdud sayda nəzərdə tutulmuşdur.
* DÜŞƏRGƏNİN KEÇİRİLƏCƏYİ MƏKAN:
Düşərgə, Mingəçevir şəhəri Kür çayı sahilində yerləşən Avarçəkmə üzrə Uşaq-Gənclər İdman məktəbinin ərazisində təşkil olunacaqdır.
* İŞTİRAK HAQQI:
Skautlar üçün 35 AZN
Qeyri-skautlar üçün 45 AZN
* QİYMƏTƏ DAXİLDİR:
Nəqliyyat: Bakı-Mingəçevir-Bakı
Gündə 3 dəfə qidalanma,
Qalacaq yer (çadırlarda)
Təlimlər
Ekskursiya və müxtəlif proqramlarda iştirak
* LƏVAZİMATLAR:
Götürülməlidir:
Tam skaut uniforması; (skautlar üçün)
Yataq kisəsi; (olmayanlar üçün təmin olunacaqdır)
Qidalanmaq üçün ləvazimatlar (boşqab, çəngəl, qaşıq, bıçaq, stəkan və ya fincan)
Qida ləvazimatlarının dəmir materialdan olması tövsiyə olunur.
3 günlük dəyişək rahat paltar (alt və üst);
Çimərlik geyimi
Şəxsi gigiyenik ləvazimatlar (diş firçası, diş pastası, sabun, şampun, bədən dəsmalı və s)
18 yaşdan aşağı olanlar üçün valideyn icazə kağızı (elana əlavə olunur)
* Götürülməsi tövsiyyə olunur
Möhkəm bel çantası (ruqzak);
Kovrik – mat; (olmayanlar üçün təmin olunacaqdır)
Rahat və möhkəm ayaqqabı (bot, ket, krassovka və s.);
QEYD: TƏHLÜKƏSİZLİK SUDA XÜSUSİ MÜHAVİZƏ QURUMU VƏ BU SAHƏDƏ TƏLİM KEÇMİŞ SKAUTLAR VƏ TƏRƏFİNDƏN TƏMİN OLUNACAQDIR.
* Müraciət etmək üçün aşağıdakı keçidə daxil olun:
https://docs.google.com/
* Son müraciət tarixi 31 avqust 2016-cı il;
* Əlaqə nömrələri:
077-392-91-13
070-757-97-70