SMM-daha da vacib, praktik və onlayn marketinqdir
SMM, ingilis dilindən Sosial Media Marketing, Sosial Mediya Marketinqi kimi tərcümə olunur.
SMM sosial platformalardan, əsasəndə sosial şəbəkələrdən təbii trafikin cəlb edilməsi, brendin və produktun reklamı üçün istifadə olunan internet marketinq mexanizmidir.
Sosial şəbəkələrin artan rolu SMM daha da vacib, praktik və onlayn marketinqin vazkeçilməz bir hissəsi edir.
Sosial mediya (social media) marketinqində önəmli rolu kontent oynayır, hansınıki artıq istifadəçilər bölüşərək populyarlaşdırır. Kontent aktual və cəlbedici olmalıdır.
SMM lazımi auditoriya seçimində çox faydalıdır.