EventsƏn Son

Soap Bubbles in Shorts Festival

İsti YAY aylarına FLASHMOB Azerbaijan ilə başlamağa hazırsan?!
Dünyada və Bakıda İLK dəfə!
FLASHMOB Azerbaijan iki ideyanı birləşdirərək “Soap Bubbles in Shorts” Festivalını açıq elan edir!
Nəzərinizə çatdıraq ki, 25 iyul Flashmob Azerbaijanın 7 yaşı tamam olur!

Hər kəs iştirak edə bilər!
Şortda və köpüklərinizlə gəlin – yetər!
ANCAQ VƏ ANCAQ dizdən uzun olmayan şortda.

SSENARİ:
1. 24 iyul (bazar) saat 16:50-də Qız Qalasının yanında yığışır və orada gəzişıb 17:00-a kimi gözləyirik;
2. Saat 17:00-da çanta və ciblərimizdən köpük festivalı üçün gətirdiklərimizi çıxarıb, üfürməyə başlayırıq;
3. 17:15-da hamımız Natavan heykəli istiqamətinə yönəlir (Köhnə Azerbaijan kinoteatrının qarşısı). Heykəlin qarşısında yenidən köpük üfürməyə başlayırıq.
4.17.45-də Fəvvarələr meydanına doğru yönəlirik. Mc’donaldsın qarşısında
yarım saat ərzində hamımız sehrli sabun köpükəri buraxırıq.
5. 18.30-da Malakan bağına yönəlirik.
(Festival burada bitir!)
Gəlin göy üzünü rəngarəng köpüklər ilə bürüyüb, göyqurşağı yaradaq! 🙂

Hər şey SİZİN əlinizdədir – Bakının adi bir gününü göyqurşağı kimi rəngarəng və unudulmaz edək!

HAZIRLIQ:
1. Ssenariyə uyğun olaraq hər bir iştirakçı şort geyinməlidir. (yalnız dizdən uzun/aşağı olmayan şortda).
2. Özünüz ilə köpük üfürmək üçün qeyri adi köpüklər gətirin;
3. Mümkün qədər çox köpük gətirin;
4. Artıq köpüyünüz varsa digərləri ilə bölüşə bilərsiniz;
5. Köpüyü üstünüzə dağıtmaqdan ehtiyyatlı olun.

P.S: Özünüzlə hər ehtimala qarşı salfet götürün.

YER və VAXT:
Qız Qalasının yanı => Natavan Heykəli => Fəvvarələr bağı => Malakan bağına;
17:00 – 19:00.

İştirak üçün OXUMAQ ZƏRURİDİR:
Fleşmoberin kodeksi:
https://goo.gl/OttlVs

Fleşmobda davranış qaydaları:
https://goo.gl/wi5wU0

@Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!