FinansIqtisadiyyatTurizmTəqdimat

SOBSAN və AZSIĞORTA yanğın hadisəsi ilə bağlı birgə bəyanat yayıb

SOBSAN boya fabrikində baş vermiş yanğın nəticəsində dəyən zərərə görə, 1,7 mln. manat sığorta ödənişi edilib. Bu sığorta sektorunun tarixində ən iri sığorta ödənişlərindən biridir. SOBSAN və AZSIĞORTA şirkətlərinin birgə bəyanatında bildirilir ki, sığorta ödənişi SOBSAN boya fabrikinə dəymişümumi zərərin kiçik bir hissəsini əhatə edib.

AZSIĞORTAASC-nin İdarə Heyəti sədrinin müavini Elbrus Fərzəliyev məsələ ilə bağlı bildirib ki, sığorta ödənişinin dəymiş zərərin kiçik hissəsini əhatə etməsinin səbəbi natamam sığortadır:

“Fabrik könüllü əmlak sığortası növü üzrə real dəyərindən xeyli aşağı məbləğəsığortalanmışdı. Sığorta məbləği hadisə zamanı sığorta şirkətinin ödəməli olduğu maksimal məbləğdir. Bu məbləğdən asılı olaraq, sığorta haqqı hesablanır və sahibkarlar sığortada qənaət etmək istəyəndə əmlakın real dəyərini yox, onun bir hissəsini sığortalayırlar.

Kiçik hadisə baş verəndə bu böyük rol oynamır, lakin SOBSAN fabriki demək olar ki, tam məhv olub. Nəticə olaraq, AZSIĞORTA şirkəti sığorta müqaviləsi üzrə öz öhdəliklərini tam yerinə yetirsə də, real zərər qat-qat yüksəkdir”.

SOBSAN fabrikinin direktoru Orxan Allahverdiyev bildirib:

“Təəssüf ki, biz sığorta edərkən əmlakı tam dəyərinə sığortalamağın çox baha olduğunu düşünürdük. Tam sığorta təxminən 55 min manata başa gəlirdi və biz natamam sığortalanmaq ilə sığorta haqqını 7 min manatadək endirdik. Hadisə zamanı bizə 20 mln. manat ətrafında zərər dəyib. İndi isə bu zərər müqabilində tam sığorta üçün 55 min manat heç də böyük məbləğ kimi görsənmir. Faktiki olaraq, biz 48 min manat “qənaət” edib, 18 mln. manat itirdik!

Odur ki, biz hamıya əmlakını tam dəyərinə sığortalamağı israrla tövsiyə edirik. İnanın ki, itirə biləcəyinizin müqabilində sığorta haqqı kiçik bir xərcdir.”

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!