CinemaTəqdimat

“Şollerin arxivi” bədii filminin çəkilişləri yekunlaşmaq üzrədir

“Babama bələkdə uşaq verdilər…”

İstehsalatı artıq bir neçə aydır davam edən “Şollerin arxivi” bədii filminin çəkiliş dövrü artıq bitmək üzrədir. Filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov  “Azərnyumedia”ya açıqlamasında belə deyib. Triller janrıda ərsəyə gələn ekran əsərinin ikinci rejissoru Adil Qulamov, quruluşçu operatoru isə Fahir Səmədoğludur. Filmdə Əjdər Zeynalov, Şirzad Pirallahı, Sabir Məmmədov, Rövşən Kərimduxt, Ramiz Vəliyev (Gəncə Dövlət Dram teatrı) və başqa aktyorlar rol alıblar.

Filmdəki hadisələr ötən əsrin 40-cı illərindən Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Çəkilişlər Gəncə, Xanlar, Tovuz və Bakıda aparılır.  “Biz bu filmdə alman ailəsinin timsalında insan dram göstərməyə çalışmışıq. Eyni zamanda filmdə xalqımızın multikultural dəyərlərə sadiq qalması da nəzərdən qaçmayıb. Koloritli filmdir. Dayanmadan, fasiləsiz çəkirik.” –  Cəlaləddin Qasımov açıqlamasında belə deyib. C.Qasımov onu da deyib ki, filmdə baş verən hadisələr real hadisələrdən götürülüb: “Almanları sürgün edəndə babama bələkdə bir uşaq verimişdilər. O vaxt qayda belə idi ki, almanlara kim kömək etsə idi, həmin adamı Azərbaycanda cəza gözləyirdi. O sürgün oluna bilərdi. Odur ki, həmin bələkdəki uşağı babam gizlincə götürüb saxlayıblar Sonra da 1945-ci ildə Şoller nəvəsinin dalınca gəlir… ”

AzerNewMedia Frame.az 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!