Şon Bratçers Formula 1-in kommersiya direktoru vəzifəsindən gedir

Amerikalı Şon Bratçers üç il əvvəl Formula 1-in rəhbərliyi “Liberty Media”ya keçəndən sonra təyin olunduğu kommersiya direktoru vəzifəsini yanvarın sonunda tərk edəcək. O, ABŞ-a qayıdacaq və müəyyən müddət məsləhətçi kimi işləməyə davam edəcək.

Frame.az  xəbər verir ki, rəsmi bəyanatda deyilir: “Bratçers ailəsinə yaxın olmaq və həyatının növbəti səhifəsinə başlamaq üçün ABŞ-a qayıtmağı qərara alıb”.

Şon Bratçers isə deyib: “Mən fantastik səylərə və fədakarlığa görə Formula 1-dəki həmkarlarıma təşəkkür etmək istəyirəm, onlar yaxşıların yaxşısıdırlar. Mən əminəm ki, onlar azarkeşlərin ümidlərini doğrultmağa çalışacaq və yaxın illər üçün nəzərdə tutduğumuz strategiyanı həyata keçirəcəklər.

Fəxr edirəm ki, Formula 1-i 2017-ci ildəki ilə müqayisədə yaxşı vəziyyətdə qoyub gedirəm. Bilirəm ki, qoyduğumuz təməl dünyadakı azarkeşlərə xidmət edəcək və yeni auditoriya cəlb edəcək”.

Formula 1-in icraçı direktoru Çeyz Keri deyib: “Şon Bratçers Formula 1-in kommersiya tərəfini yenidən qurmağa müvəffəq olub. Bunu biznesimizin inkişafı da aydın göstərir. Mən şadam ki, Şon ABŞ-da da məsləhətçi kimi işləyəcək. Onun məsləhətlərini və yardımını səbirsizliklə gözləyirəm. Mən ona gələcək təşəbbüslərində böyük nailiyyətlər arzu edərəm”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: