SosialTəqdimat

Azərbaycanda azyaşlı qızlara qarşı zorakılıq mövzusunda müzakirə keçirildi

Avqustun 26-da “Gender Hub Azerbaijan”nın və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycanda Qız Uşaqlarına Qarşı Zorakılığın Qarşısının Alınması Tədbirlərinin Əhəmiyyəti” mövzusunda ictimai müzakirələr keçirilib.

Bildirilib ki, tədbirin keçirilməsinin əsas səbəbləri bir müddət öncə Lerikdə azyaşlı qızın məktəb müəlliminin təcavüzü nəticəsində hamilə qalması, məhkəmə qərarı ilə cinayətkara oxunan hökmün qənaətbəxş olmaması və mediada bu xəbərlə bağlı yayılan çaşdırıcı başlıqlara “Gender Hub Azerbaijan”nın laqeyd qala bilməməsidir.

Qeyd edilib ki, bu ədalətsizliyə səssiz qalmayaraq, zorakılıq cinayəti ilə bağlı “Gender Hub Azerbaijan” platforması Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazova, daha sonra isə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə açıq məktub ünvanlayıb, ayrı-ayrı fərdlərin də bu prosesə cəlb olunması üçün çağırışlar edib.

Daha sonra UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvadinin və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın iştirakı, “Gender Hub Azerbaijan”ın həmtəsisçisi Məryəm Məcidovanın moderatorluğu ilə keçən ictimai müzakirələrdə 100-dən çox gender fəalları, feministlər və ictimai fəallar mövzu ilə bağlı təkliflərini irəli sürüb, qız uşaqları və yeniyetmələrə qarşı zorakılıq halları ilə bağlı öz qəti mövqelərini sərgiləyiblər.

Eyni zamanda bildirilib ki, zorakılıq hallarının vaxtında aşkar olunması, şiddətə məruz qalan, yaxud ətrafında kiminsə şiddət gördüyünə şahid olan hər kəs whatsapp vasitəsi ilə aşağıdakı nömrələrə bildirməkdən çəkinməsin.

Facebook: https://www.facebook.com/genderhubazerbaijan

Instagram: https://www.instagram.com/genderhubazerbaijan/

Elektron poçt ünvanı: genderhubazerbaijan@gmail.com
Əlaqə nömrəsi (whatsapp): +99477 3067550

Ülviyyə Ədalətqızı

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!