Azərbaycanın hemofiliya tarixində ilk təcrübəni Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası həyata keçirdi
2019 il avqust ayının son həftəsində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Naftalan şəhərində yerləşən Möcüzəli Naftalan sanatoriyasında Ana Bala -4 proqramını reallaşdırdı.
Proqramda 48 nəfər iştirak etmişdir. Bu ideyanı reallaşdırmaq üçün Assosiasiyanın komandası 8 il tədqiqatlar, sorğular aparmışdır. Nəhayət belə qənaətə gəldik ki, bu dəfə analar ilk dəfə olaraq naftalan ilə tanış olsunlar. Proqram çərçivəsində Analar və balalar üçün Naftalan şəhərində müxtəlif muzeylərə və Göy Gölə səyahətlər, uşaqlar üçün əyləncəli günlər təşkil edildi.
Uşaqlarımızın anaları sanatoriyada müxtəlif tibbi xidmətlərdən istifadə etdilər. Ana Bala Poqramının reallaşmasında dəstəyinə görə Octapharma AG şirkətinə analar və uşaqlar adından böyük təşəkkürümüzü bildiririk! Azərbaycanda Naftalan vannasından istifadə edən ağır hemofiliya diaqnozu ilə olan 31 yaşlı ilk könüllü oynaqlarında olan ağrıların azalmasını birinci prosedurdan hiss etdiyini bildirmişdir. Hemofiliyalı vətəndaşlarımızın bir çoxu oynaqlarda qansızmalar nəticəsində ağırlaşmalar ilə (artrit, artrozlar) üzləşdiklərinə görə naftalan vannaları oynaqların bərpasında faydalı ola bilər. Bu müalicə həkim nəzarəti və qanı laxtalandıran faktor konsentratı ilə öz effektliyini göstərə bilər. Naftalan dünyanın ən qədim kurortlarından biridir, ölkəmizin milli sərvətidir. Onun dəyəri qiymətsizdi. Yaxın gələcəkdə hemofiliyalı pasiyentlər arasında naftalan ilə müalicəni tətbiq etmək üçün müvafiq dövlət strukturlarına və Azərbaycan Səhiyyə Nazirliyinə müraciətlər imzalanacaq. Assosiasiyanın sədr müavini Ayaz Hüseynov onuda qeyd etdi ki, 1926-cı ildə ixtisaslaşmış Naftalan kurortu fəaliyyətə başlamışdır, burada keçmiş SSRİ-nin hər yerindən olan xəstələr əzələ-dayaq sistemi xəstəlikləri, nevroloji, dəri, ginekoloji və uroloji xəstəliklərlə müalicə olunur. O zaman Naftalan vannalarından istifadə edən xəstələrin sayı ildə 70 – 90 min nəfərə yaxın idi.
Bakı Elmi Tədqiqat Kurortologiya İnstitutunda naftalanın bioloji təsirini öyrənmək üçün eksperimental laboratoriya təşkil edilmişdir. Naftalanın elmi araşdırılması və istifadəsinin başlanmasından 100 ildən çox vaxt keçib. Bir çox xəstəliklərin müalicəsində onun yüksək keyfiyyəti qəti sübut olunmuşdur.