EventsHandmadeŞəkillərSərgi

“START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların sərgisi keçiriləcək

11 sentyabr tarixində Art Tower qalereyasında Arts Council Azerbaijan Qeyri-Hökumət Təşkilatının “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Mədəniyyət Nazirliyi, Aərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsnin təşkilatçılığı ilə sərgi təşkil ediləcək.

“Start” layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərgidə müxtəlif mövzuda işlənən sənət əsərləri sərgilənəcək.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə əsas məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır.

İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az, Yanicaq.az, Art, Azetac, Frame.az, CityMag

Şərab dəstəyi: GALA brendi

Giriş sərbəstdir

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!