StartUp Akademiya: TikTok startaplar üçün təhsil proqramına qeydiyyatı açdı
Qısa videoların aparıcı platforması olan TikTokda startaplar üçün TikTok StartUp Akademiyasına qeydiyyat başlayıb. Akademiya çərçivəsində startap nümayəndələri platformada uğur qazanmağı və öz məhsullarını cəmiyyətin diqqətinə çatdırmağı öyrənəcəklər. TikTok StartUp Akademiyasının finalistləri TikTok-da inkişaf etmək üçün qrant qazanacaqlar – ümumi mükafat fondu 15.000 dollar təşkil edir.
TikTok yalnız Azərbaycan istifadəçi icmasına yaradıcılıq və yeni biliklər əldə etmək üçün məkan yaratmaqla kifayətlənmir, həm də yerli biznesin inkişafını təhsil resursları, unikal və innovativ alətlərlə dəstəkləyir. Bu il TikTok, Azərbaycanda yerli biznes sahələrində platformaya olan böyük marağı nəzərə alaraq ölkədə TikTok For Business platformasını istifadəyə verib və yerli şirkətlərlə əməkdaşlığa başlayıb. İndi Azərbaycanın müxtəlif sahələrindən olan şirkətlər TikTok-da marketinqin bütün mərhələlərində real kontent yarada və öz biznes məqsədlərini həyata keçirə bilərlər. TikTok brendlərin platforma icmasında tanınmasını artırmağa, istifadəçiləri cəlb etməyə və sadiqliyi gücləndirməyə, tətbiqdən kənarda hərəkətə keçməyə, konversiyaları artırmağa və satışları yüksəltməyə kömək edir.
TikTok Azərbaycandan olan startapları Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, eləcə də Mərkəzi Asiyada İT startapların ən böyük beynəlxalq texnoparkı olan Astana Hub ilə birgə təşkil edilən TikTok StartUp Akademiyasında iştirak etməyə dəvət edir.
Proqramda iştirak etmək üçün startaplar 10 noyabr tarixinədək linkə keçid edərək müraciət formasını doldurmalıdırlar. Müraciətdə startapın məqsədləri, coğrafiyası və TikTok vasitəsilə nail olmaq istədikləri biznes hədəflərini açıqlamalıdırlar. Ən unikal ideyalara əsaslandırılmış biznes modelinə və platformada məqsədlərə dair aydın vizyona sahib olan startaplar 29 noyabrda Astanada keçiriləcək final mərhələsinə seçiləcəklər. Finalistlərin yaşayış və uçuş xərcləri qarşılanacaq.
Finalda iştirakçılar Akademiya ekspertlərindən təhsil kursu, həmçinin TikTok-da inkişaf etmək üçün 15 000 ABŞ dolları məbləğində mükafat fondu uğrunda mübarizə edəcəklər.
“Biz TikTok StartUp Akademiyası çərçivəsində sahibkarlara unikal təcrübə qazandıraraq, onlara yeni biliklər əldə etmək, TikTok və Astana Hub-ın ən yaxşı ekspertlərinin mentorluğu ilə yeni zirvələrə nail olmaq üçün dəstək verəcəyik. Ən yaxşı iştirakçılara verilən qrantlar onların cəsarətli ideyalarını reallaşdırmağa imkan yaradacaq” – deyə TikTok-un Azərbaycan, Türkiyə, Mərkəzi və Cənubi Asiya üzrə Global Business Solutions departamentinin rəhbəri Barış Aldanmaz bildirib.
Akademiyaya həmçinin Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan startaplar dəvətlidir.