Stolüstü tennişçilər III MDB Oyunlarının finalında
Stolüstü tennişçilər Onur Quluzadə, Adil Əhmədzadə və Mərziyyə Nurmətova III MDB Oyunlarının şəxsi yarışlarında finala yüksəliblər. Onur Quluzadə 14 yaşlıların mübarizəsində, yarımfinalda qazaxıstanlı Yessimxan Orunbassara 3-1, Adil Əhmədzadə 17 yaşlıların mübarizəsində belaruslu Aleksey Rabuşkaya 3-0, Mərziyyə Nurmətova 17 yaşlıların mübarizəsində özbəkistanlı Maftuna Gulimovaya 3-0 hesabı ilə qalib gəlib. Yarımfinalda rusiyalı Alina İlimbetovaya 1-3 hesabı ilə uduzan 14 yaşlı Yağmur Məmmədli ücuncü yeri tutub. Həlledici görüşlər sentyabrın 29-da keçiriləcək. Qeyd edək ki, günün ilk sessiyasında qızlardan və oğlanlardan ibarət komandalarımız yarışın gümüş mükafatını qazanıb.

