IqtisadiyyatTəqdimatƏn SonƏn Son

STP-AH MMC-də baş vermiş partlayışla bağlı rəsmi açıqlama!

9 noyabr, 2021-ci il tarixində gecə saatlarında Sumqayıtda, STP Şirkətlər Qrupunun törəmə şirkəti olan STP-AH MMC-də partlayış hadisəsi baş verib. Hadisə baş verən zaman ərazidə üç metaləritmə işçisi olub. Yoxlanış üçün tibb məntəqəsinə yönləndirilən əməkdaşların sağlamlığına ziyan dəymədiyi, səhhətlərinin yerində olduğu müəyyən  olunub. Əmək qabiliyyəti yerində olan hər üç əməkdaş iş fəaliyyətini fasiləsiz davam etdirəcəklər.

İlkin araşdırmalar göstərir ki, hadisə zamanı texnoloji proses təlimata uyğun aparılıb,həmçininavadanlıqlar saz vəziyyətdə olub. Hadisəyə ərimə prosesində metal tullantıların arasında, və ya içərisində olan yad cisimlərin səbəb olduğu ehtimal olunur. Belə ki, ərimə prosesi zamanı müxtəlif bərk və ya maye  halında olan  kimyəvi maddələrin bir-biri ilə reaksiyaya girməsinin nəticəsindəyaranan  təzyiqli qaz partlayışa səbəb olub. Partlayış yanğına və avadanlığın sıradan çıxmasına səbəb olmasa da güclü səsə və hava dalğasına səbəb olub.

Qeyd edək ki, STP Şirkətlər Qrupu üçün əməyin mühafizəsi və ətraf mühitin qorunması prioritet məsələdir.  Bunun üçün  şirkətdə  ən müasir avadanlıqlar  quraşdırılıb,  texniki proseslər  əməkdaşların sağlamlığını maksimum qoruyacaq  formada  tərtib olunur.  Bütün  bunlar  Ətraf Mühit İdarəetmə və Əməyin sağlamlığının və Təhlükəsizliyinin qiymətləndirilməsi sisteminin beynəlxalq standartlarını nəzərdə tutan İSO18001 sertifikatı ilə təsdiqlənib.

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!