STP Rusiyanın ən iri şirkətləri ilə əməkdaşlıq edəcək
4 aprel 2019-cu il tarixində Sumqayıt Texnologiyalar Parkı ilə Rusiyanın“Rostselmash”və”Transmashholding” şirkətləri arasında əməkdaşlığa dair saziş imzalanıb. Sənəd mürəkkəb mexanizm detallarının hazırlanması, istehsalı və təchizatı sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafını və müasir texnoloji həllərin tətbiqini nəzərdə tutur.
“Rostselmash”Rusiyanın 4 şəhərində yerləşən13 ayrı müəssisədən ibarət şirkətlər qrupudur və kənd təsərrüfatı sahəsində traktor, kombayn, əkin, səpin kimi 24növ avadanlıq və alətlərin istehsalı ilə məşğuldur. Nəqliyyat istehsalı sahəsində Rusiyanın ən böyük şirkəti olan “Transmashholding” isə eyni zamanda dəmir yolu nəqliyyat vasitələrinin istehsalı üzrəDünya lideridir.
STP zavodlar kompleksinin imkanlarını nəzərə alsaq Rusiya şirkətləri ilə əməkdaşlığın artacağı gözləniləndir. Belə ki, hazırda müəssisə daha geniş çeşiddə və böyük həcmlərlə istehsalat həyata keçirməyi planlaşdırır.
Xatırladaq ki, Rusiya şirkətləri ilə əməkdaşlıq STP üçün yeni hadisə deyil. Hazırda STP Ulyanovsk Avtomobil Zavodu vəMurom Maşınqayırma Zavodu kimi qabaqcıl Rusiya müəssisələri ilə əməkdaşlıq etməkdədir.
Sumqayıt Texnologiyalar Parkı regionda texnoparkların yaradılmasında öncül olmaqla yanaşı müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 22 dekabr 2009-cu ildə dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çoxistehsal sahəsi fəaliyyət göstərir. Sənaye kompleksi olan STP neft-qaz, enerji və tikinti sənayesi ilə yanaşı kənd təsərrüfatı sahəsinə də müxtəlif məhsullar təqdim edir. Belə ki, yaxın keçmişdə Texnopark kənd təsərrüfatı sahəsində bir sıra pilot layihələri, xüsusilə də pivot suvarma sistemləri və istixana obyektlərinin istehsalını müvəffəqiyyətlə həyata keçirib.
Frame.az