Məsləhət

Suda boğulma zamanı ilkin tibbi yardım

Suda batan şəxsi xilas edərkən aşağıdakıları bilmək vacibdir.
Batan şəxsə arxa tərəfdən yaxınlaşmaq, onu saçlarından, paltarının yaxalığından və ya qoltuqaltı nahiyəsindən tutaraq üzünu yuxarı çevirməklə onunla birlikdə sahilə tərəf üzmək lazımdır.batan şəxs

Batan şəxsin üzü suyun səthindən yuxarıda olmalıdır.
Suda boğulma zamanı ilk tibbi yardım aşağıdakı kimi göstərilməlidir:
dərhal təcili yardımı köməyə çağırmaq;
İlk növbədə, zərərçəkənin əynindəki sıxıcı paltarları (əgər batan şəxsin əynində qalstuk, kəmər və s. varsa) çıxarmaq lazımdır.
cəld hərəkətlə zərərçəkənin ağız boşluğunu barmağınızla və ya dəsmalla dəniz yosunlarından və digər yad cisimlərdən təmizləmək lazımdır.batan şəxs

 

 

 

 

 

sonra sağ dizinizi yerə qoyaraq, zərərçəkəni üzüaşağı və qarnı budunuza söykənməklə, dizdən bükülmüş sol ayağınızın üzərinə qoyun;
əlinizlə onun kürəkləri arasındakı sahəyə güclü şəkildə təzyiq etməklə tənəffüs yollarından suyu xaric edin.

batan şəxs

sonra zərərçəkəni kürəyi üstə yerə uzadın, qusma başladığı halda  boğulmaması üçün başını yana çevirin sonra nəfəs alıb-almamasını, ürəyinin döyünüb-döyünməməsini yoxlayın.
əgər zərərçəkən nəfəs almırsa, yuxarıda göstərildiyi qaydada tənəffüs yollarından suyu xaric edən və ona süni tənəffüs vermək lazımdır. Əgər zərərçəkənin ürəyi dayanıbsa, süni tənəffüs hərəkətləri ilə yanaşı ürəyə qapalı masaj edin.
Əgər zərərçəkən huşunu itirməmişdirsə, tənəffüs yollarından suyu xaric etdikdən sonra onun əynindəki yaş paltarları çıxarmaq, bədənini spirt və ya quru dəsmalla ovxalamaq, içməyə isti maye vermək, onu isti bir şeyə bürümək, ayaqlarını bir qədər qaldırmaq və dərhal xəstəxanaya çatdırmaq lazımdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!