Mobil dünyaTəqdimat

Təcavüzkarlar fırıldaqçılıq sxemlərində yeni fentezi oyunu “Hoqvarts. Miras”-dan istifadə edirlər

10 fevral 2023-cü ildə çoxdan gözlənilən Harry Potter haqqında “Hogvarts. Miras” oyunu  işıq üzü görəcək. Hadisələri əfsanəvi sehrli aləmdə baş verən oyunun artıq bütün dünyada milyonlarla pərəstişkarı var. Oyun rəsmi təqdimatından bir neçə həftə əvvəl Steam və PlayStation 5-də bestsellerə çevrilib. Amma təəssüf ki, rəsmi təqdimat elanı həm də kibercinayətkarları cəlb edir ki, onlar da artıq aktiv şəkildə istifadəçilərə sındırılmış “Hogvarts. Miras” oyununu yükləməyi təklif edirlər. 

Oyunun hələ qeymerlərin istifadəsinə verilməməsinə baxmayaraq, Kaspersky tədqiqatçıları artıq “Hogvarts. Miras”-ı şəxsi kompyuterlər (PC) üçün yükləməyi təklif edən bir çox sayt aşkar ediblər. Oyunun belə sındırılmış versiyalarını yükləməyə cəhd edən oyunçular öz cihazlarına zərərli proqram və ya arzuolunmaz proqram daxil edirlər. Təcavüzkarlar aldatma yolu ilə müxtəlif proqramlar yayırlar – istifadəçinin ekranında reklam göstərən proqramlarından tutmuş istifadəçi haqqında məlumatı səssizcə toplayan troyanlara qədər.

Təcavüzkarlar “Hogvarts. Miras” oyununun hələ rəsmi olaraq buraxılmamış versiyasını yükləməyi təklif edirlər 

Bundan əlavə, ictimai mənbələrə görə, Twitch-də “Hogvarts. Miras” oyununun yayımına başlayan bir neçə oyunçu onun yayımladığı gün şəbəkədəki təhqirlərə görə göz yaşlarına boğulub, bəziləri hətta yayımı dayandırıb internetdən çıxmaq barədə düşünüblər. Oyunun buraxılışını boykot edən istifadəçilər, həmçinin “Hogvarts. Miras”-ı oynayan strimerlərin (streamer) siyahısını ehtiva edən ayrıca sayt yaradaraq başqalarını strim abunəliyini dayandırmağa və onları ələ salmağa çağırıblar.

“Harri Potter dünyası haqqında olan oyun və onun böyük fanat ordusu dünyaca məşhur nağılın populyarlığından pul qazanmağa çalışan təcavüzkarlar üçün bir an içində hədəfə çevrilib. Diqqətli olmağı və oyunları yalnız rəsmi mağazalardan yükləməyi, həmçinin etibarlı təhlükəsizlik həllərindən istifadə etməyi unutmamağı tövsiyə edirik”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir. 

“Ayrıca bir təhlükə də psixi sağlamlığa mənfi təsir göstərən kiberqısnamadır (kiberbullinq). Əgər siz kiberqısnamanın qurbanı olmusunuzsa, özünüzü toxdamağa çalışın. Yadda saxlayın: sizə yazılan hər şey çox vaxt şəxsən sizinlə əlaqəsi olmayan, ekranı məşğul edən adi sözlərdir və siz onları yazanı hər zaman blok edə bilərsiniz”, – Müşviq Məmmədov əlavə edir.

Zərərli proqramların və fırıldaqçıların qurbanı olmamaq üçün Kaspersky istifadəçilərə əsas kibertəhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edir.

Oyunları yalnız rəsmi mağazalardan alın və yükləyin. Yeni bir bahalı oyunu hədiyyə olaraq əldə etmək təkliflərinə etibar etməyin – çox vaxt bu skamdır.

Mümkün olduqda, hesablarınızı iki faktorlu autentifikasiya ilə qoruyun.Hər profil üçün güclü və unikal şifrələrdən istifadə edin. Bu yolla hesablarınızdan biri oğurlansa belə, qalanlarını qoruyacaqsınız. Həmçinin, digər xidmətlər üçün istifadə etdiyiniz onlayn oyunlar üçün şifrə təyin etməyin.

Kaspersky Total Security kimi etibarlı təhlükəsizlik həllini quraşdırın. O, oyun oynayarkən kompüterinizi yavaşlatmayacaq, ancaq sizi bütün mümkün kiber təhlükələrdən qoruyacaq. Kaspersky Total Security həlli Steam və digər oyun xidmətləri ilə qüsursuz işləyir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!