EventsMusiqiMədəniyyətTəqdimat

Tanınmış qarmon ifaçısı Xanlar Cəfərovun xatirəsi anılacaq

Mayın 13-də Beynəlxalq Muğam Mərkəzi görkəmli qarmon ifaçısı Xanlar Cəfərovun xatirəsinə həsr edilən gecə təqdim edəcək.

Muğam Mərkəzində Frame.az-a bildirilib ki, gecədə Xanlar Cəfərovun yaradıcılıq yoluna nəzər salınacaq, sənət dostlarının sənətkarla bağlı xatirələri dinləniləcək. Xan Şuşinski Fondu ilə birgə təşkil ediləcək gecədə tanınmış ifaçılar və Xanlar Cəfərovun tələbələrinin ifaları təqdim olunacaq.

Gecədə Xalq artistləri Aftandil İsrafilov və Ənvər Sadıqovun “Qaytağı” ansamblı, Əməkdar artist Zakir Mirzəyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, MK-nın dosenti Aydın Əliyev, Əməkdar artist Lalə Məmmədova, tanınmış qarmon ifaçılar Şəmsi Ağamalıyev, Nemət Hüseynov, BMM-in solistləri Mirələm Mirələmov, Abgül Mirzəliyev, Kamilə Nəbiyeva və Xanlar Cəfərovun tələbəsi, tanınmış qarmon ifaçısı Orxan Mirnatiqoğlu çıxış edəcəklər.

Qeyd edək ki, Xanlar Cəfərov 1973-cü ildən Azərbaycan Dövlət Filarmoniyasında, Dövlət Rəqs Ansamblında qarmon ifaçısı kimi fəaliyyətə başlayıb. 2001-2009-cu illərdə “Azneftyağ” istehsalat birliyinin musiqi ansamblında konsertmeyster kimi çalışıb. Unudulmaz ifaçının çoxsaylı konsert proqramlarından olan lent yazıları televiziyanın arxivində saxlanılır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!