“Canlandır” teatr layihəsinin yekun tədbiri baş tutub
14 Sentyabr, 2019-cu il tarixində “Canlandır” teatr layihəsinin yekun tədbiri baş vermişdir. Layihə 31 Avqust-14 Sentyabr tarixlərində Bakıda keçirilimişdir. Layihənin əsas məqsədi yeni teatr pyeslərinin yazılmasına təkan vermək, yeni pyesləri teatr rejissorlarına göstərib gələcəkdə onların səhnələşdirilməsini təmin etməkdir.
Layihə çərçivəsində:
– Pyes yazmaq üzrə təlim (31 Avqust-1 Sentyabr)
– 5 yeni, qısa pyesin seçilməsi
– Aktyorlar üçün kastinq
– Yeni pyeslərin səhnəli oxunuşu keçirilimişdir (14 sentyabr).
Tədbirdə 5 təmamilə yeni pyesin oxunuşu baş tutmuşdur. Bu Anar Qasımovun “Mars”, rejissor Əfsanə Yusifova, Fərqanə Qədimovanın “Oyun”, rejissor Ülviyyə Əhmədova, Zərif Bəkirovanın “Sülh danışıqları”, Şəms Baxşəliyevanın “Başqaları”, rejissor Aylə Bəhramqızı və Tacirə Mahmudovanın “Görüş”, rejissor Sevil Həsənəlizadə pyesləri idi. Pyeslər cəmiyyətdə gedən ayrı seçkilik, dünyadakı sülhün bərqərar olması, xəyanətkarlıq və keçmişi qaytarmağın çətin olması kimi mövzulara toxunmuşdur.
Qeyd edək ki, pyeslər 3 gün ərzində yazılmış və 10 gün ərzində rejissor və tələbə və həvəskar aktyorlar tərəfindən səhnələşdirilmişdi.
İştirak edənlərin çoxu üçün bu teatrda ilk təcrübə idi. Aktyor Vüsal Cavadzadə bildirmişdir ki, onun üçün bu teatrda ilk addımlar idi və bundan sonra onun teatra həvəsi artdı. “Oyun” pyesinin müəllifi Fərqanə Qasımova da dedi ki, o heç təsəvvür edə bilmirdi ki, nə vaxtsa onun yazdığı əsər səhnələşdirilə bilər.
Tədbir Salaam Cinemada keçirilmişdir. 150-yə yaxın tamaşaçı açıq havada teatr performanslaırını izləməkdən zövq almışdır.
Layihə Niderland Krallığnın Azərbaycandakı Səfirliyi və “ABŞ Təhsilli Azərbaycan Məzunları” İB tərəfindən dəstəklənmişdir. Layihənin koordinatoru və ideya müəllifi Bəkirova Zərifdir.