“İnsan və Mühit” ictimai birliyinin ilk mədəni layihəsi çərçivəsində klassik konsert proqramı keçirilib
Fevralın 28-də Bakı Musiqi Akademiyasında “İnsan və Mühit” ictimai birliyinin ilk mədəni layihəsi çərçivəsində Respublika və Beynəlxalq Müsabiqələr Laureatlarının iştirakı ilə klassik konsert proqramı keçirilib.
Konsertdə “İnsan və Mühit” ictimai birliyinin sədri İsmayıl İsmayılov, birliyin icraçı direktoru Alp Əliyev, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov iştirak etmişdir.
Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri ifa edilmişdir. Həmçinin gənc heykəltəraş və rəssamların əsərlərindən ibarət sərgi nümayiş olunmuşdur.
Konsert proqramında Naala Barateliyanın rəhbərliyi ilə “Lumineux” xor kollektivi iştirak edib.
Frame.az