Tiflisdə “Zaman içində defile: Azərbaycanda qadın dəbi meyarları” sərgi layihəsi təqdim olunacaq
Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi, İnisiativ Kuratorlar (ICU) ilə birlikdə 20- 26 aprel 2018-ci il tarixlərində fotoqraf Rüstəm Hüseynovun fotoportretlərindən ibarət ənənəvi qadın geyim xüsusiyyətlərinə həsr olunmuş “Zaman içində defile: Azərbaycanda qadın dəbi meyarları” sərgi layihəsini təqdim edir. Layihənin açılış tədbiri 20 aprel tarixində Tbilisi şəhərində M. F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində keçiriləcəkdir.
Sərgi layihəsinin konsepsiyası Azərbaycanda qadın dəbinin zaman içindən keçərək inkişaf edib müasir kontekstdə öz əksini tapma prosesini tarixi azərbaycan geyimlərinin ən maraqlı parçalarını müasir vasitələrlə günümüzdə nümayiş etdirməyə yönəlmişdir. Kurator Könül Rəfiyeva, aktual olan milli mənsubiyyət məsələsinə Azərbaycan qadınının xarici görünüşü prizmasından baxmağı qarşısına məqsəd qoymuşdur ki, Azərbaycan qadının ənənəvi geyimi əsrlər boyu xalqın özünəməxsus mədəniyyətinin güzgüsü olmuşdurş. Tədricən dəyişilərək ənənəvi geyimlər milli mentalitet vasitəsin çevrilib yerli adət-ənənələri haqqında çox şey danışa bilər.
R. Hüseynov sərgilənəcək fotoşəkilləri ənənəvi qadın geyimlərinin gözəlliyi və müxtəlifliyinin vurğulanmasına həsr edərək mədəni-tarixi marağı dizayner marağı ilə birləşdirməy nail olmuşdur. Sərgi ekspozisiyası Azərbaycanın müxtəlif regionlarından olan ənənəvi geyimləri nümayiş etdirən 25 fotoportreti təqdim edir ki, bu da ölkə həyatının çoxcəhətli adət-ənənələrini göstərməyə xidmət edir. Fotoportretlərdəki geyimlər azərbaycanlı kolleksioner və geyim dizayneri Natavan Əliyevanın şəxsi tarixi geyimlər kolleksiyasına aiddir. Tarixin müxtəlif dövrlərinə məxsus olan geyimlərin yenidən qurulması prosesi, ictimai ruhu itirilmiş və yalnız çox dar mütəxəssis dairəsinə məlum olan milli və mədəni irs, həmçinin kütləvi şüurda milli obrazların bərpası üçün mühüm bir mərhələdir.
Öz işlərində fotoqraf yaş və sosial fərqləri göstərən Azərbaycan qadınlarının ənənəvi baş geyimlərinin təsvirinə xüsusi diqqət yetirir. Kəlağayı– bu incə ipək yaylıqlar araqçın və digər başlıqlar ilə birləşərək qadın simasına xüsusi yaraşıq verir. Azərbaycan qadınları evdən çıxarkən istənilən geyim və baş örtüyünün üstündən pambıq və ipək saya yaxud naxışlı parçadan olan çarşab örtürdülər. Bu üst geyimin hissəsi bir rəngli atlas, dama-dama və ya rəngli ipək ola bilərdi. Kostyumun silueti və dekorativ hissəsi ipək parçanin yumşaqlığına, atlas və məxmərin fakturalarına tabe idi. Kostyumun dekorativ hissəsi materialların fakturasının müqayisəsi (zərif ipək, məxmər, atlas, xəz) və rəng kombinasiyaları əsasında tikilirdi. Çiyinləri örtən üst geyimlərinde-arxalıq, çəpkən, ləbbadə, küləçə, kürdü, eşmək və baharı- ortada beli daha incə və ombaları vizual olaraq böyük göstərmək üçün xırda büzmələrdən istifadə edilirdi. Dəbdəbəli çoxlaylı ətəklərin olması qadın siluetini daha həcmli və cazibədar göstərməyə xidmət edirdi.
Müasir azərbaycan geyim dizaynerləri də, bu ənənələri uğurla davam etdirir. “Zaman içində defile: Azərbaycanda qadın dəbi meyarları” çərçivəsində dizayner N. Əliyevanın gündəlik geyim tərzində etno stilə yenidən artmaqda olan maraq kontekstində ənənəvi qadın geyimlərinin müxtəlifliyini vizuallaşdıran «Neo Classic Love» kolleksiyasının nümayişi keçiriləcək. Azərbaycan qadınının ənənəvi simasını əks etdirən fotoşəkillər ilə həmahəng olan bu kolleksiya formasına və tikiş tərzinə çox müasir olsa da, eyni zamanda 19-cu əsrin milli geyim rənglərindən istifadə edir – tünd qırmızı, göy, firuzəyi- və həm kəlağayı, həm də toxuma corabları milli qarderobun bir hissəsi kimi gündəlik geyim tərzinə daxil edir. Əllə yaradılmış və özünəməxsus dizayner həssaslığı daşıyan aksessuarlarda, milli bədii motivlər üstünlük təşkil edir. Bu kolleksiya azərbaycan qadın geyiminin tarixi keçmişilə müasir moda tendensiyalarını birləşdirir.
Açılışa giriş dəvətnamə ilədir.
Frame.az