AutoRiskPR-TanıtımTəqdimatƏn Son

“ISR Auto”şirkəti “Caspian Ecology 2019” sərgisində iştirak edib

Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2019” sərgisi keçirilib.

Beynəlxalq sərgidə “ISR Auto” şirkəti “Toyota Rav4” hibrid avtomobili ilə iştirak edib.

Sərgini ziyarət edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev “Ekoloji təmiz nəqliyyat vasitələri” stendi ilə tanış olub. Nazirin diqqətinə çatdırılıb ki, belə maşınlar Azərbaycanda rəsmi diler olan “Toyota Bakı Mərkəzi”-də satışa çıxarılıb. Hibrid avtomobillərin istismarını stimullaşdırmaq üçün “ISR Auto” tərəfindən maarifləndirici təbliğatın aparıldığı qeyd olunub.

Nazir Muxtar Babayev hibrid avtomobillərin istifadəsinin ətraf mühitin qorunması istiqamətində vacib olduğunu vurğulayıb.

Bu avtomobillər ekoloji təmiz olmaqla yanaşı,resurslara da qənaət edir.

Ziyarətçilər hibrid “Rav4”-ün xüsusiyyətləri ilə tanış olub, sınaq yürüşü ediblər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!