“AtaTravel” MMC “Daxili turizm” mövzusunda yazı müsabiqəsi keçirir
“AtaTravel” MMC-nin prioritet istiqamətlərindən biri də daxili turizmin inkişafı və təbliğatıdır. Şirkət daim daxili turizmlə bağlı yeni yeni istiqamətlərdə müxtəlif turlar təşkil edir. “AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev bildirir ki, insanın peşəkar fəaliyyətinin uğurlu olmasında yüksək səviyyədə təşkil edilmiş istirahət böyükəhəmiyyət daşıyır. Bu nöqteyi nəzərdən daxili turizmin insanın həyatında oynadığı rolun daha ətraflı araşdırılması məqsədilə “AtaTravel” MMC “Daxili turizm” mövzusunda yazı müsabiqəsini elan edir. Biz daxili turizm sahəsində təcrübəyə malik olangəncləri yazı müsabiqəsində iştirak etməyə dəvət edirik.
Müsabiqənin şərtlərinə görə AtaTravel MMC tərəfindən keçirilən “Daxili turizm” mövzusunda müsabiqədə iştirak etmək başlığı ilə işıqlanan məqalənin linkini info@atatravel.aze-mail ünvanına göndərə bilərlər.
Qeyd edək ki, 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlər göstərir.
Frame.az