“Türk Hava Yolları” Azərbaycan sərnişinləri üçün “Stopover” xidməti çərçivəsində ödənişsiz hotel təqdim edir
Digər aviaşirkətlərdən daha çox istiqamətlər üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” Azərbaycan sərnişinləri üçün “Stopover” xidmətini istifadəyə verib. “Stopover” sərnişinlərə hoteldə ödənişsiz yerləşdirilmə və İstanbulun nadir gözəllikləri ilə tanış olmaq fürsətini təklif edir.
Sözügedən xidmət Azərbaycandan Amerikaya (ABŞ, Kanada, Kolumbiya, Venesuela, Panama, Kuba, Argentina və Braziliya), Asiyaya və Uzaq Şərqə, Afrikaya, Rusiyaya, Ukraynaya, Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə və İsrailə səyahət edən və gözləmə vaxtı 20 saatdan çox təşkil edən tranzit sərnişinlərinə yaşayış haqqında çek əsasında İstanbulda dayanmaq imkanı verəcək. Biletin rezervasiyası başa çatdıqdan sonra aviaşirkət tərəfindən təqdim olunan çek ekonom-sinif sərnişinlərinəbir gecə 4-ulduzlu hoteldə, biznes-sinif sərnişinlərə isə iki gecəTaksim və Sultanahmet rayonlarında yerləşən 5-ulduzlu hoteldə gecələmək hüququ verir.
Pulsuz yerləşdirilmə yalnız iki tərəfli biletlərə aiddir. Xidmətdən yalnız bir dəfə istifadə etmək olar: Azərbaycandan və ya geriyə uçuş zamanı. Qeyd edək ki, aviaşirkət hava limanından hotelə və geriyə transfer, həmçinin, şəhər daxilində səyahət ilə bağlı xərcləri ödəmir. Bununla yanaşı, “Stopover” 24 saatdan çox təşkil edərsə, sərnişin İstanbula gəldikdən sonra öz yükünü hava limanından götürməlidir.
“Stopover” xidmətdən istifadə etmək üçün sərnişin uçuşdan ən azı 48 saat öncə“Azerbijan Stopover Information Form” formasını doldurub, freehotelazerbaijan@thy.comelektron ünvanına göndərməlidir. Məktub mövzusunda hava limanının adı qeyd olunmalıdır. Aviaşirkət məktubu alıb, sərnişinə yaşayış haqqında çek göndərəcək ki, bu çek hoteldə qeydiyyat zamanı təqdim edilməlidir.