AirnewsIqtisadiyyatSəyahətTurizmTəqdimat

Türk Hava Yolları “Böyük köç”ə hazırlaşır

Türk Hava Yolları türk aviasiya tarixinin ən böyük dəyişimi üçün artıq hazırdır. İstanbul hava limanına böyük köç 5 aprel 2019-cu i ltarixində, gecə saat 03:00-da başlayacaq. Qlobal aviasiya tarixində unikal olan bu hadisə ümumilikdə, 45 saat davam edəcək və 6 aprel tarixində saat 23:59-dək yekunlaşdırılacaq. Köçürüləcək avadanlıqların ümumi ölçüsü 33 futbol meydançası qədərdir. Böyük köçü plana uyğun olaraq uğurla həyata keçirmək üçün Atatürk və İstanbul hava limanlarında 6 aprel tarixində saat 02:00-dan 14:00-dək olan bütün planlaşdırılmış sərnişin uçuşları  təxirəsalınacaq.

“Bütün dünyanın şahidlik edəcəyi bu köçdən sonra biz yeni bir günə başlayacayıq. Bu gündən etibarən qarşımızda yeni səhər, yeni dönəm açılır. Bu dönəmdən Türk Hava Yollarının təyyarələri yeni evlərindən – İstanbul hava limanından enib və qalxacaq. Mən ümid edirəm ki, bu addım həm ölkəmizə, həm də şirkətimizə böyük uğur gətirəcək” – deyə Türk Hava Yollarının İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib.

Qeyd edək ki, Atatürk hava limanının İstanbul hava limanına köçürülməsinin birinci mərhələsi 29 oktyabr 2018-ci il tarixində  artıq baş tutub.

Atatürk havalimanından ediləcək son səfərin tarixi məlum oldu.

Atatürk aeroportundan baş tutacaq son uçuş İstanbul – Sinqapur reysi olacaq. Köçdən sonra, 6 aprel saat 14:00-dan etibarən bütün uçuşlar İstanbul hava limanından həyata keçiriləcək.

Yeni aeroportdan baş tutacaq ilk uçuş isə İstanbul-Ankara reysi olacaq. Daha sonra İstanbul hava limanından baş tutacaq uçuşların sayı plana uyğun olaraq mərhələlərlə artırılacaq.

Hava limanı kodları dəyişir

Köçün birinci mərhələsindən sonra İstanbul hava limanında fəaliyyət göstərən milli avia şirkətin daşıyıcısının əlavə sərnişin təyyarəsi ISL kodu ilə göstərilib. Böyük köçdən sonra IATA kodları dəyişiləcək və 6 aprel tarixində saat 03:00-dən sonra Atatürk Aeroportunun kodu olan IST kodu İstanbul hava limanına veriləcək. Yük və VİP uçuşları həyata keçirəcək olan Atatürk hava limanı ISL kodunu istifadə edəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!