“Türk Hava Yolları” İstanbul hava limanında 5 yeni biznes zal açır
Türk Hava Yolları İstanbul hava limanında beş yeni biznes zal açır. Bu zalların xidmətlərindən “Miles & Smiles”, “Elite Plus & Elite”, “Star Alliance Gold” və korporativ klubun üzvü olan sərnişinlər istifadə edə biləcəklər.
“Turkish Airlines Lounge Business”, “Miles & Smiles Lounge” və“Domestic Lounge” biznes zalları artıq fəaliyyətə başlayıb.“The Exclusive Lounge”və “Arrival Lounge”zallarının açılışı bu ilin yayına planlaşdırılıb.
5600 m2 ərazini əhatə edən “THY Lounge Business” zalında 765 qonaq yer ala bilər. Həmçinin 13 lyuks nömrə də bu zalda yerləşir. Burada incəsənət və mədəniyyət institutu İstanbul Modern ilə əməkdaşlıqnəticəsində ümumi sahəsi 130m2olan muzey fəaliyyət göstərir.
“Miles & Smiles Lounge”5600 m2ərazini əhatə edir. 765 qonağın yer ala biləcəyi məkanda, həmçinin 11 özəl nömrə də sərnişinlərin istirahəti üçün nəzərdə tutulub. Böyük uşaq meydançası, qolf simulyatoru qonaqların zamanlarını daha dəyərli keçirmələri üçün xidmət göstərir. Burada həmçinin 3D eynək və virtual reallıq texno mərkəzlərinin yaradılması da nəzərdə tutulub.Hər iki zaldakitabxana, iclas və ibadət otaqları fəaliyyət göstərir.
“Domestic Lounge” biznes zalına giriş terminaldan kənarda yerləşir. Sərnişinlər qeydiyyatdan keçdikdən sonra təyyarəyə birbaşa avtobusla gedirlər. Bu zalda da uşaqlar üçüngeniş əyləncə zonası, bir neçə TV ekrandan ibarət media divar və ibadət otağı sərnişinlərə xidmət göstərir.
THY Lounge Biznes və “Miles & Smiles” zallarının ümumi konsepsiyası Egey bölgəsi mövzusundadır. THY-ın zallarının əsas fiquru axın motivlərini özündə ehtiva edən lentvari divarlardır. THY sərnişinləri zallara daxil olmaq üçün biznes klass biletlərini və ya “Miles & Smiles”, “Elite Plus & Elite”, “Star Alliance Gold” və “Corporate Club” üzvlük kartlarını təqdim etməlidirlər. Zallar haqqında daha ətraflı məlumat üçün almaq üçün bu linkə daxil olun:
https://www.turkishairlines.com/en-us/istanbul-airport/turkish-airlines-lounge