“Türk Hava Yolları” istiqamətlərin sayını 301-ə çatdırıb
Türkiyənin milli avia şirkəti Fritauna (Syerra–Leone) birbaşa reyslər həyata keçirməyə başlayıb. Bununla da aviaşirkətin uçduğu ölkələrin sayı 121-ə, istiqamətlərin sayı isə 301-ə çatıb.
Afrika üzrə digər aviaşirkətlərdən daha çox istiqamətlərə uçuşlar həyata keçirən və bu yaxınlarda Fritaunun paytaxtıSyerra-Leoneyəbirbaşa reyslər açan “Türk Hava Yolları” öz marşrut şəbəkəsini fəal şəkildə inkişaf etdirir.
Hazırda “Türk Hava Yolları” Akkra, Laqos, Bamako, Konakri, Dakar, Abican, Kotonu, Duala, Yaunde, Ndjamena, Uaqaduqu, Niamey, Keyptaun, Yohanesburq və Afrikanın bir çox digər şəhərlərinə uçuşlar həyata keçirir.
“Türk Hava Yolları” Fritauna reysləri çərşənbə axşamı və şənbə günləri olmaqla həftədə 2 dəfə yerinə yetirəcək. Uçuşlar İstanbuldakı Atatürk Beynəlxalq Hava Limanından Fritaundakı Lungi Beynəlxalq Hava Limanına, Uaqaduqu şəhərində dayanacaq ilə həyata keçiriləcək.
İstanbuldan Fritauna ikitərəfli biletin qiyməti 830 ABŞ dollarından başlayır (vergi və rüsumlar daxil olmaqla).
Uçuşların cədvəlinə baxmaq üçün aviaşirkətin rəsmi saytına keçin: www.turkishairlines.com
Frame.az