“Türk Hava Yolları” sərnişinlərinə “Beş hiss” adlı yeni qlobal kampaniyasını təqdim edir
Digər aviaşirkətlərdən daha çox ölkələrə uçuşlar həyata keçirən və “Widen Your World” şüarına sadiq qalan “Türk Hava Yolları” uçuş zamanı sərnişinlərə ABŞ Milli Futbol Liqasının final qarşılaşmasını (Superboul) izləmək imkanı yaradır və “Beş hiss” adlı yeni qlobal kampaniyasını təqdim edir.
“Türk Hava Yolları” aviaşirkətinin sərnişinləri fevralın 4-də bütün internet-qoşulma imkanına malik reyslərdə ABŞ Milli Futbol Liqasının həlledici oyununa – Superboul LII yarışına baxa biləcəklər.
“Biz qonaqlarımıza nəinki dünyanın əksər ölkələrinə səyahət etmək imkanı veririk, həm də onlara yüksək keyfiyyətli xidmət və uçuş zamanı əla asudə vaxt təşkil etmək ilə ömür boyu unudulmaz təəssüratlar bəxş etməyə çalışırıq. Məhz buna görə də biz sərnişinlərimiz üçün ABŞ televiziya tarixində ən məşhur şou sayılan Superboul yarışını təyyarə göyərtəsində yenidən izləmək imkanını yaratmaqdan məmnunuq. Onu da bildirim ki, məşhur kardio-cərrah və teleaparıcı Dr. Ozun iştirakı ilə yeni reklam çarxımız Superboul şousunun reklam fasiləsi zamanı nümayiş olunaraq “Beş hiss” adlı kampaniyamızı sərnişinlərə təqdim olunacaq”, – deyə “Türk Hava Yolları”nın marketinq üzrə direktoru Ahmet Olmuştur bildirib.
Dünya aviasiya sənayesində ən nüfuzlu təşkilatlardan biri olan “Skytrax” şirkətinin apardığı tədqiqatların nəticələrinə görə, “Türk Hava Yolları” 6 il ərzində “Avropanın ən yaxşı aviaşirkəti” adına layiq görülüb və “Təyyarənin göyərtəsində ən yaxşı biznes-klass qidalanması”, “Ən yaxşı biznes-zal” və “Biznes-zallarda ən yaxşı qidalanma” mükafatlarını alıb.
Qlobal aviadaşıyıcı təyyarə göyərtəsində fasiləsiz əyləncə xidməti təklif edir. Sözügedən xidmət 23 müxtəlif dildə kontenti, həmçinin 800 televiziya şousunu və 700 musiqi albomunu, 7 canlı yayımı, subtitr və izahedici audio ilə təchiz olunmuş 11 “maneəsiz” filmi özündə birləşdirir və sərnişinləri bütün uzaq reyslərdə səsboğucu qulaqlıqlar ilə təchiz edir.
Frame.az