Türk Hava Yolları: yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
“Türk Hava Yolları” aviaşirkəti bu ilin oktyabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb. Hesabat ayında aviaşirkətin yüklənmə səviyyəsi 83,4% təşkil edib. Ötən ilin təsirini nəzərə alaraq, sərnişinlərin sayı, kreslo-kilometrlərin sayı və yüklənmə səviyyəsində artım Türkiyəyə və “Türk Hava Yolları”na marağın artmasının mühüm göstəricisidir.
Bu ilin oktyabr ayında sərnişin axınının artımı davam edib. Sentyabrda daşınan sərnişinlərin ümumi sayı 5% artaraq 6.5 milyona çatıb. Yüklənmə səviyyəsi 83,4%-ə qalxıb.
2018-ci ilin oktyabr ayında reyslərin ümumi yüklənmə səviyyəsi 2 faiz bəndi artıb. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 83,2%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 85,1%-ə çatıb. Hesabat ayında beynəlxalq tranzit sərnişinlərinin sayı təxminən 7%, tranzit sərnişinlər istisna olmaqla, beynəlxalq sərnişinlərin ümumi sayı 8% artıb.
Oktyabr ayında daşınan yüklərin/poçtun həcmi üzrə ikirəqəmli artım davam edib və bu göstərici 2017-ci ilin eyni ayı ilə müqayisədə 24% artıb. Artım əsasən daxili reyslər (42%), Afrika (35%), Şimali Amerika (30%)və Avropa ölkələri (24%) hesabına baş verib. Oktyabr ayında Afrika, Şimali Amerika, Avropa və Uzaq Şərq ölkələri üzrə yüklənməs səviyyəsi müvafiq olaraq 7 faiz bəndi,4 faiz bəndi, 3faiz bəndi və 3 faiz bəndi artmışdır.
Cari ilin yanvar-oktyabr aylarında tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 10% və 11% artıb. Hesabat dövründə aviaşirkət tərəfindən 64 milyondan çox sərnişin daşınıb.
Yanvar-oktyabr aylarında reyslərin ümumi yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82.2%-ə çatıb. Beynəlxalq aviareyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə təqribən 2 faiz bəndi artaraq 86%-ə çatıb. Hesabat dövründə beynəlxalq aviareyslər üzrə sənişindaşıma (tranzit sərnişinlər istisna olmaqla) 13% artıb.
Cari ilin ilk 10 ayı ərzində daşınan yüklərin/poçtun həcmi 25% artaraq 1 milyon tondan çox olmuşdur.
Frame.az