“Türk Hava Yolları”nın bort jurnalı Bakı haqqında məqalə dərc edib
Bütün Türkiyə və dünya üzrə uçuşlar yerinə yetirən “Türk Hava Yolları” aviaşirkətinin “Skylife” adlı nüfuzlu bort jurnalının dekabr buraxılışında Bakıya həsr olunmuş xüsusi məqalə dərc olunub.
Məqalənin müəllifi həm ölkənin tarixi və mədəniyyəti haqqında dəyərli məlumatlar verir, həm də Bakının diqqətəlayiq yerləri və milli mətbəxin ləzizyeməkləri barədətəəssüratları ilə bölüşür: «”Qafqazın Dubayı” və “badi kubə” (küləklər şəhəri) kimi tanınan Bakı regionun ən aparıcı vəkosmopolitşəhəridir. Qafqazda heç bir yerdə Şərq və Qərb belə asanlıqla birləşmir – bunu hətta küçələrdə belə müşahidə etmək mümkündür. Buradagözəl tarixi binalarvə parlaq futuristik memarlıq fonunda köhnə sovet və müasir Avropa avtomobilləri yanbayan irəliləyir».
“Türk Hava Yolları” dünyada ən çox ölkə və istiqamət üzrəuçuşlar həyata keçirən aviaşirkətdir (şirkətin marşrut şəbəkəsi dünyanın 120 ölkəsində 300 istiqamətiəhatə edir). Bu səbəbdən bu cür pozitiv xarakterli məqalənin “Türk Hava Yolları”nın bort jurnalında yerləşdirilməsi orta hesabla 6 milyon potensial səyahətçiyə Bakının qonağı olmaq imkanı yarada bilər.
“Türk Hava Yolları” aviaşirkəti müştəriləri arasında Azərbaycanın turizm istiqaməti kimi təşviqində maraqlıdır. Məhz buna görə öz kanalları vasitəsilə ölkə barədə qiymətli məlumatların yayılması şirkət tərəfindən tətbiq olunan alətlərdən biridir. “Türk Hava Yolları” 1991-ci ildən Azərbaycan bazarında xidmət göstərməkdən məmnundur, aviaşirkət əməkdaşlıq etdiyi təşkilatların imkanlarının genişləndirilməsinə daim can atır.
Frame.az