EventsMədəniyyətSərgiTəqdimat

Türk Mədəniyyəti və İrsi Fondu və Gülnarə Xəlilova “Qarabağın cizgiləri” layihəni təqdim ediblər

“Nizami” Kino Mərkəzində və Beynəlxalq Muğam Mərkəzində Türk Mədəniyyəti və İrsi Fondunun və Cizgi by Gulnara Khalilova “Qarabağın cizgiləri” adlı layihəsinin təqdimatı keçirilib.

Tədbir Azərbaycanın Müstəqillik Gününə – Mayın 28-nə həsr olunub. Ekspozisiyada Qarabağın qədim Azərbaycan torpağının zəngin irsini və ictimai həyatını, musiqi və ədəbiyyatını əks etdirən İpəkdə yaradılmış görkəmli şəxsiyyətlərinin 22 portreti təqdim olunub.

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Fondun ilk prezidenti Günay Əfəndiyeva və Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova layihənin Azərbaycanın tarixinin, mədəniyyətinin və milli dəyərlərinin qorunub saxlanmasına, qiymətli irsin gələcək nəsillərə ötürülməsinə töhfə verəcəyini, türk xalqlarının milli-mənəvi dəyərlərinin, Qarabağ irsinin və onun görkəmli şəxsiyyətlərinin beynəlxalq səviyyədə daha geniş təbliğinə yönəldiləcəyini qeyd ediblər. Layijənin idaya müəllifi və dizayneri Gülnarə Xəlilova, illystrator rəssamı Vusalə Zeynalovadır. Layihə üzərində iş üç ilə yaxın davam edib.

Sərgilər böyük maraq doğurdu.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!