Türkiyədə yaşayan Azərbaycan Türklərinin II Qurultayı keçiriləcək
Çağdaş Azərbaycan Kültür Dərnəyinin təşkilatçılığı ilə Türkiyədə yaşayan Azərbaycan Türklərinin II Qurultayının mətbuat konfransı keçiriləcək.
Dərnəkdən saytımıza verilən məlumata görə, görüş fevralın 6-da “Azərkitab”ın konfrans zalında baş tutacaq. Tədbirin keçirilmə məqsədi Türkiyədə yaşayan Azərbaycan Türklərinin birliyini daha da möhkəmləndirmək, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini yüksək səviyyədə təcəssüm etdirməkdir.
Qonaqlar sırasında Türkiyədəki Azərbaycan Kültür Dərnəklərinin idarə heyətlərinin üzvləri, sənətçilər, siyasətçilər və iş adamları yer alacaqlar.
Qeyd edək ki, Türkiyədə yaşayan Azərbaycan Türklərinin I Qurultayı 2011- ci ildə Türkiyənin İzmir şəhərində baş tutmuşdu. Sözügedən tədbirə dünyanın dörd bir tərəfində o cümlədən Amerika Birləşmiş Ştatları, ayrı-ayrı Avropa ölkələri, Rusiya və Türkiyədə yaşayan soydaşlarımız təşrif buyurmuşdular.
Qurultaydan sonra isə “Türkiyədə yaşayan Azərbaycan Türkləri” adlı kitab çap edilmişdi.