Türkiyədəki lüks otelə azərbaycanlı rəhbər təyin edilib
Azərbaycanda uzun illərdir otelçilik sahəsində çalışan Hüseyn Atakişiyev Türkiyədə məşhur kurot bölgəsindəki 5 ulduzlu hotelə 2019-cu ilin yanvarından təyinat alıb.
Frame.az-ın xəbərinə görə, o, Egey dənizi sahilində yerləşən kurort hotel Six Senses Kaplankaya Baş menecer (General Manager) təyin olunub. Adıçəkilən otel qrupu Avropa, Asiya və Yaxın-Şərq ölkələrdində bir neçə 5 ulduzlu otel və spa mərkəzləri vardır.
Atakişiyev bundan öncə Bakıdakı “Absheron Hotel Group”a daxil olan “Intourist Hotel Autograph Collection” və “Boulevard Hotel Baku Autograph Collection” kimi otellərdə Baş menecer kimi 2016-ci ildən bu tərəfə kimi çalışırdı.
Qeyd edək ki, Atakişiyev 2001-ci ildə Azərbaycan Xarici Dillər Universitetinin bakalavr dərəcəsində bitirib.