Türkiyəyə göndərilən qazilərimiz sağalaraq Vətənə geri dönüblər
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən qazilərimizin bəziləri qismən, digərləri isə tam sağalaraq Vətənə geri dönüblər:
1. Duniyev Kamil Əlibala oğlu
2. Əkbərov Xəyal Hüseyn oğlu
3. Əliyev Kamran Yasir oğlu
4. Ağaməmmədov Yusif Fizuli oğlu
5. Şükürov Tural Vüqar oğlu
6. Əzizli Səddam Nazim oğlu
7. Həsənov Anar Rasim oğlu
8. Musazadə Şöhlət Möhübbət oğlu
9. Quliyev Şahin Famiq oğlu
10. Camalov Taleh Musa oğlu
Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 44 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Allah qazilərimizə şəfa versin!
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir