Türkiyənin məhşur “Hayal Kahvesi” Bakıda da açıldı
“Hayal Kahvesi” 1992-ci ildən canlı ifa deyəndə Türkiyədə ağıla ilk gələn yerlərdən biridir. “Hayal Kahvesi” şəbəkəsi 30-cu ilində 30-cu şöbəsini Bakı şəhərində (Park Bulvar AVM-də) açdı. Açılış münasibətilə türkiyəli sənətçi Zuhal Olcay səhnəyə çıxdı.
“Hayal Kahvesi” qurulduğu gündən etibarən musiqiləri ilə ruhu, zəngin yemək menyusu və özəl kokteylləri ilə damaq dadını oxşamağımızı, hər andan həzz almağınızı hədəfləyir.
Yalnız həftə sonları deyil, hər gün keyfiyyətli musiqi dinləmək, məhşur sənətkarlar və qrupları öz səhnəsində qəbul edən məkan həm də bir çox sənətçinin də tanınmasına vəsilə olub.
Qeyd edək ki, “Yüksek Sadakat”, “Kalben”, “No Land”, “Sancak”, “Motive”, Çinarə Məlikzadə, Feridun Düzağaç və başqa sənətçilər yaxın günlərdə “Hayal Kahvesi”nin səhnəsində tamaşaçılarının görüşünə gələcəklər.