“Təbiət hadisəsi olan Yanar Dağın turizmdəki rolu” adlı mövzuda seminar keçirilib
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin ayrı-ayrı fakültələrin I kurs tələbələrinə “Təbiət hadisəsi olan Yanar Dağın turizmdəki rolu” adlı mövzuda seminar keçirilib.
Seminarda “Yanar Dağ” Tarix-Mədəniyyət və Təbiət Qoruğun elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ceyhun İsmayılov çıxış edib.
“Yanar Dağ” qoruğunun Azərbaycan tarixində rolu və onun yerli ekologiyanın qorunmasında əsas funksiyası barədə ətraflı məlumat verilib.
Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.