“Uber Azerbaijan”da kartla ödəmək daha sərfəli oldu
“Uber” istifadəçiləri tətbiqdə kartla sifariş verdikdə, əlavə 18% ƏDV ödəmirlər. Bu, 2019-cu ilin oktyabr ayının 10-dan etibarən bütün kart əməliyyatlarına “Bank Respublika” tərəfindən xidmət göstərilməsi hesabına mümkün oldu.
“Kartla ödənişlərə üstünlük verən istifadəçilər üçün “Uber Azerbaijan” tətbiqi ilə taksi sifariş etmək daha sərfəli olacaq. Bu rahat və asandır – artıq cüzdanınızı evdə unutmağınızdan, sürücünün qalığı qaytarmamasından və ya yaxınlarınız üçün “Uber”-lə necə gediş təşkil etməyinizdən narahat olmayın”, – bunu “Uber”-in Azərbaycan üzrə regional direktoru Ataman İnçe dedi.
Ödəniş kartını “Uber Azerbaijan” tətbiqinə necə qoşmaq lazımdır:
Tətbiqə daxil olun Menyuda “ödəniş üsulları”-nı seçin “Karta qoşulun” düyməsini sıxın – sonra kartın nömrəsini, etibarlılıq müddətini və CVV (kartın arxasındakı üç rəqəmli kod) daxil edin “Kartı aktivləşdirin” düyməsini sıxın İstifadə edə bilərsiniz.
Xoş gedişlər!
*Razılaşma 10.10.2019-cu il saat 12:00-dan etibarən qüvvəyə minib.