PR-TanıtımTəqdimat

“Uber” Bakıda ən yaxşı partnyor-sürücülərini mükafatlandırıb

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Bakı şəhərində ən yaxşı partnyor-sürücülərini mükafatlandırıb. Onlar bir neçə meyar üzrə seçiliblər ki, bunların arasında istifadəçilərin müsbət rəyləri və bir ildən az olan müddətə 3 mindən artıq gedişin həyata keçirilməsi olub. Nəticədə 10 partnyor-sürücü seçilib, hər bir sürücüyə texniki xidmət və təmir işləri üçün 250 manat dəyərində hədiyyə kuponu və xatirə suveniri təqdim edilib.

“Azərbaycanda belə fəal və etibarlı tərəfdaşlara malik olduğumuza sevinirik. Partnyor-sürücülərin effektiv işi bizim üçün çox vacibdir, çünki o, xidmətin uğurlu inkişafının tərkib hissələrindən biridir. Bizimlə əməkdaşlıq edən sürücülərin sayının artması bu işin düzgün qurulduğunu bir daha sübut edir, istifadəçilər üçün isə avtomobili tez bir zamanda sifariş vermək üçün vaxt sərf etməmək imkanıdır”, – deyə “Uber”in MDB üzrə baş meneceri Aleksey Stax bildirib.

“İşimə həvəslə yanaşdığımı qiymətləndirdiyi üçün “Uber” şirkətinə minnətdaram.Bu mükafat fəaliyyətim üçün böyük bir motivasiyadır. Ən yaxşı 10 “Uber” sürücülərindən biri olmaqdan qürur duyuram. Gələcəkdə şirkətə uğurlar arzulayıram”, – deyə qalib sürücü-partnyorlardan biri olan Vidadi Mehraliyev sevinci ilə bölüşüb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!