Frame Life

UBER “Çox sağ ol” deməyin asan yolunu tapıb

Bəzən 5 ulduz kifayət deyil.

Məhz buna görə də, müştərilər çox vaxt sürücülərə təşəkkür etmək üçün gedişdən sonra proqramda rəylərini verir. Bəzən bunun üçün kiçik bir detal kifayətdir – düzgün musiqi seçimi, ağır çantalar ilə kömək və ya yüksək səviyyəli sürücülük qabiliyyəti. Biz minnətdarlığınızı bildirməyə kömək etmək istərdik.

Bu gün biz “çox sağ ol” deməyi asanlaşdırırıq. Müştəri sürücüyə kompliment verdikdə, sürücü nəyi yaxşı etdiyini və müştərinin məhz nədən razı qaldığını dərhal bilir.

Biz müştərilərə sürücülərə əla xidmətlərinə görə təşəkkür etmək imkanını yaratmaq istəyirik. Bu balaca bir addım olsa da, müştərilər üçün əlindən gələni edən sürücülər üçün çox önəmlidir. Müştəri kompliment etdikdən sonra, sürücü öz tətbiqində xəbərdarlıq alır və dərhal yaxşı musiqi seçiminə, əla naviqasiyaya görə və ya yüksək xidmət səviyyəsinə görə tərif aldığını görür.

Çünki bəzən kiçik detallar çox önəmlidir və 5 ulduz kifayət deyil. Biz bunu düşürük, və həmişə həm müştərilər, həm də sürücülər üçün proqramı təkminləşdirməyə çalışırıq. Fikrimizcə, həmişə sizi Uber ilə təmin edən insanlara təşəkkür etməkdən başlamaq düzgün seçimdir.

UBER Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!