“Uber” SABAH qruplarının fiziki məhdudiyyətli tələbəsinə dəstək olub
Beynəlxalq texnologiya şirkəti olan “Uber” SABAH qruplarının fiziki məhdudiyyətli tələbəsinə dəstək göstərib. Şirkət birinci qrup əlil olan Masər Həsənova onun universitetə gediş-gəlişini “Uber” servisi ilə pulsuz həyata keçirilməsi imkanı ilə təmin edib.
“Biz Masər Həsənova bilik əldə etməkdə dəstək olduğumuza görə çox şadıq. Biz fiziki məhdudiyyətli insanları dəstəkləməyə, onlara başqaları ilə bərabər inkişaf etməyə kömək edirik. Bu prinsip işimizdə də inteqrasiya olunur: beləliklə, bütün dünyada, o cümlədə Azərbaycanda, biz eşitmə qüsurlu sürücülərlə əməkdaşlıq edirik, bununla da onlara rahat şəraitdə qazanc əldə etmək imkanı yaradırıq. İnanırıq ki,bərabər imkanlar cəmiyyətinin inkişafına töhfəmizi verə bilir”, – deyə ”Uber”in MDB ölkələri üzrə baş direktoru Aleksey Stax bildirib.
Masər Həsənov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin üçüncü kursunda rejissor peşəsini öyrənir. Onun hesabında artıq bir neçə sənədli film var – “Everest – ilk addım”, “Mənim Bakım”, “Kapoeyra”, sosial video-çarx “Dünya biz düşündüyümüzdən daha yaxşıdır”, qısametrajlı film “Sevgi naminə”, kino-etüd “Payız uzunluğunda sevgi”.
“Tələbələrin keyfiyyətli təhsilə əlçatanlılığı – SABAH layihəsinin prioritetidir. Xüsusi qayğı və diqqət tələb edən tələbələrin keyfiyyətli təhsilə əlçatanlılığı isə bizim ümumi məsuliyyətimizdir. Sevindiricidir ki, “Uber” şirkətikorporativ sosial məsuliyyəti çərçivəsində bu təşəbbüsü dəstəkləməyə hazır oldu və tələbəmizə yardım göstərdi. Bu, yalnız şirkətlər gənclərə necə dəstək ola biləcəyinin nümunəsi deyil, həm də Masər üçün bir stimuldu. Bizimlə birlikdə SABAH haqqında düşündüyünə görə “Uber”ətəşəkkür edirəm”, – deyə SABAH qruplarının İcraiyyə Komitəsinin rəhbəri Şahin Seyidzadə bildirib. Frame.az