“Uber”in reytinqi açıqlanıb
Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Azərbaycandan olan turistlərin ən çox Uber xidmətindən istifadə etdiyi ölkələrin reytinqini dərc edib. Maraqlısı odur ki, “Uber”in təklif etdiyi opsiyalar şəhərdən şəhərə asılı olaraq fərqlənə bilər.
“Uber”in reytinqində birinci yerdə Rusiya qərarlaşıb. Xatırladaq ki, Moskvada istifadəçilər “UberKIDS” (uşaq üçün oturacağı olan avtomobil sifarişi) opsiyasından, həmçinin “UberEATS” yemək çatdırılma xidmətindən yararlana bilər.
ABŞ siyahının ikinci yerindədir. Amerikaya gedib, “Uber”dən istifadə etməmək, demək olar ki, mümkün deyil. Xüsusən ona görə ki, “UberPOOL” servisi az bir qiymətə birgə gediş etmək imkanı verir. İstifadəçi şəhər üzrə rahat hərəkət edib, “Uber” qonşuları ilə ünsiyyət qurub, yerli sakindən harada səhər yeməyi yemək və ya nahar etmək daha yaxşıdır kimi tövsiyə ala bilər.
Siyahının üçüncü pilləsində yer alan Ukraynada, daha doğrusu Kiyevdə, rahatlıq və komforta qiymət verən istifadəçilər üçün nəzərdə tutulmuş “UberBLACK” premium servisi istifadəyə verilib.
Şəhər üzrə böyük kompaniya ilə hərəkət etmək istəyənlər üçün isə reytinqin dördüncü yerində qərarlaşan Türkiyədə – İstanbulda – “UberSUV” opsiyası əlçatandır.
Siyahını Böyük Britaniya tamamlayır: Londonda “uberXL” opsiyası mövcuddurki, bu da çoxlu sayda dost və qohumları ilə səyahət edənlər və ya şopinqdən sonra yüklü olanlar üçün olduqca rahatdır.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk yarısında turizm agentlikləri və turoperatorlar vasitəsilə xaricə səyahət edən Azərbaycan vətəndaşlarının sayı 20 min təşkil edib.
Frame.az