EventsFestivallarFutbolIdmanTəqdimatƏn Son

UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar Dənizkənarı Milli Parkda azarkeş festivalı keçirilib

UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar reallaşdırılan silsilə tədbirlər çərçivəsində mayın 25-də Dənizkənarı Milli Parkda azarkeş festivalı təşkil olunub.

Frame.az xəbər verir ki, UEFA Avropa Liqasının kubokunun nümayiş olunduğu festivalda Baş nazirin müavini, UEFA Avropa Liqasının Bakıda keçirilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, məşhur futbolçular – İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen və İtaliya yığmasının sabiq qapıçısı Françesko Toldo, AFFA-nın prezidenti Rövnəq Abdullayev da iştirak ediblər.

Festivala böyük maraq göstərən şəhər ictimaiyyətinin nümayəndələri, futbol həvəskarları UEFA Avropa Liqasının kuboku və tanınmış futbolçularla xatirə şəkilləri çəkdiriblər. Azərbaycanın ən yaxşı DJ-ləri, musiqi qrupları və incəsənət ustaları rəngarəng çıxışları ilə festival iştirakçılarına xoş anlar yaşadıblar.

Festival iştirakçıları, həmçinin müxtəlif futbol məşğələlərində və maraqlı “Virtual reallıq zonası”nda futbol bacarıqlarını sınaqdan keçirib, müxtəlif mükafatlar və UEFA Avropa Liqasının əyləncəli suvenirlərini əldə etmək şansı qazanıblar. Uşaq zonasında balacalar müxtəlif attraksionlarda əylənib, futbol məşqləri ediblər.

UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasında Londonun “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcəklər. Oyun saat 23:00-da başlayacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!