FutbolIdman

UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna yekun vurulub

Dekabrın 2-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna yekun vurulub.

Turun ikinci oyun günündə E, F, G, və H qruplarında görüşlər keçirilib.

H qrupunda yer alan Türkiyənin “Başakşehir” klubu Almaniyanın “Leypsiq” komandası ilə görüşüb. Rəqibinə 3:4 hesabı ilə uduzan İstanbul təmsilçisi səkkizdəbir finala çıxmaq şansını itirib. Matçda ilk qol 26-cı dəqiqədə vurulub. Qonaqlardan Marsel Zabitser komandasını önə çıxarıb. Görüşün 43-cü dəqiqəsində Nordi Mukiele fərqi 2 topa çatdırıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə “Başakşehir”in heyətində İrfan Can Kahveci buraxılan qollardan birinin əvəzini çıxıb. Komandalar fasiləyə bu hesabla yollanıblar. Oyunun 66-cı dəqiqəsində “Leyptsiq” 3-cü dəfə Türkiyə klubunu cəzalandırıb. Altı dəqiqə sonra Kahveci dubl edib. Yarımmüdafiəçi 85-ci dəqiqədə daha bir qol vuraraq, het-trikini rəsmiləşdirib. Matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə isə qonaqların heyətində Aleksander Sörlot son nöqtəni qoyub. Bu qələbədən sonra xallarını 9-a çatdıran “Leyptsiq” 3-cü pilləyə qalxıb. “Başakşehir” isə 3 xalla sonuncudur.

Bu qrupun digər oyununda “Paris Sen-Jermen” (Fransa) səfərdə “Mançester Yunayted” (İngiltərə) komandasından üstün olub – 1:4. Beləliklə, beş turdan sonra “Paris Sen-Jermen”, “Mançester Yunayted” və “Leyptsiq”in 9 xalı var. Bu qrupun taleyi son turda həll olunacaq.

E qrupunda isə Rusiya “Krasnodar”ı evdə Fransanın “Renn” klubuna 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 71-ci dəqiqə Markus Berq vurub. Bu qələbədən sonra 4-cü xalını qazanan meydan sahibləri UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni təmin ediblər.

Qrupun digər oyununda ötən tur səkkizdəbir finala vəsiqələrini təmin edən “Çelsi” və “Sevilya” komandaları üz-üzə gəlib. Görüş London təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb – 0:4.

Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

F qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Latsio” (İtaliya) – 1:1;

“Brügge” (Belçika) – “Zenit” (Rusiya) – 3:0.

Xal durumu: “Borussiya” (Dortmund) – 10, “Latsio” – 9, “Brügge” – 7, “Zenit” – 1.

G qrupu

“Yuventus” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna) – 3:0;

“Fenertsvaroş” (Macarıstan) – “Barselona” (İspaniya) – 0:3.

Xal durumu: “Barselona” – 15, “Yuventus” – 12, “Dinamo” (Kiyev) – 1, “Ferentsvaroş” – 1.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!