Təqdimat

Uilyam Lindleyin və Hacı Zeynalabdin Tağıyevin varisləri ilə görüş keçirilmişdir-FOTO-lar

Bakıda keçirilən Birinci Beynəlxalq Su Həftəsi və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik  yubiley tədbirləri çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində yerləşən Hacı Zeynalabdin Tağıyevin ev muzeyində kompleksin tikintisində müstəsna xidmətləri olmuş Uilyam  Lindleyin və Hacı Zeynalabdin Tağıyevin varisləri ilə görüş keçirilmişdir.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı qonaqları salamlayaraq H.Z.Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış ev muzeyi barədə  ətraflı məlumat vermişdir.  Bildirmişdir ki, H.Z.Tağıyevin vaxtilə yaşadığı binada yerləşən muzeydə onun həyat və fəaliyyətini, o dövrün ictimai-siyasi, sosial-iqtisadi mənzərəsini əks etdirən qiymətlisənədlər və eksponatlar saxlanılır.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirmişdir ki, XX əsrin əvvəllərində çəkilən Şollar kəməri Şamaxı zəlzələsindən sonra quberniyanın mərkəzi olaraq yenicə diqqəti özünə cəlb edən Bakı şəhəri üçün də nicat, xilas missiyasına çevrilmişdir.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Şollar-Bakı Su Kəmərinin istifadəyə verilməsi və fəaliyyəti ilə bağlı geniş məlumat vermişdir. O, bildirmişdir ki, Şollar mənbəyindən Bakıya su kəmərinin çəkilməsi ideyasının dəstəklənməsində və layihənin reallaşdırılmasında  U.Lindley və H.Z.Tağıyevin xüsusi xidmətləri olmuşdur. Bakının neft milyonçularından olan  Tağıyev bir sıra sosial layihələri həyata keçirib ki, onların arasında Şollar-Bakı su kəməri xüsusi qeyd olunmalıdır:

H.Z.Tağıyev Bakı Şəhər Dumasının üzvü olmaqla yanaşı, həm də Su Təchizatı Komissiyasında təmsil olunurdu. O, Avropa ölkələrinə səfərlərində su və kanalizasiya sistemləri ilə yaxından tanış olur və Bakı şəhəri üçün də belə bir layihəni vacib sayır və bu məsələni şəhər rəhbərliyi qarşısında qaldırırdı. Məhz onun və Lindleyin prinsipiallığı nəticəsində Şollar-Bakı layihəsi reallaşmış və Bakıda ilk dəfə mərkəzləşdirilmiş şəbəkə qurulmuşdur. Odur ki, bizlər və gələcək nəsillər Bakı şəhərinin içməli su təchizatında müstəsna xidmətləri olan Tağıyevin və Lindleyin xatirəsini heç zaman unutmayacağıq”.

Layihənin 100 illiyi münasibətilə Lindleylər ailəsi adından təşəkkürlərini bildirən Eugen Jozef  ulu babasının xatirəsinə göstərilən ehtiramı yüksək qiymətləndirmiş,  bu səfərin onlarda xoş təəssürat yaratdığını qeyd etmişdir.

H.Z.Tağıyevin nəticəsi Kamilla Abdullayeva ulu babasının xatirəsinin uca  tutulmasından minnətdarlığını bildirmişdir.

Sonra  “Azərsu” ASC adından Milli Azərbaycan Tarixi Muzeyinə üzərində H.Z.Tağıyev və U.Lindleyin şəkli həkk olunmuş lövhə hədiyyə olunmuşdur. Muzey də öz növbəsində qonaqlara H.Z.Tağıyevə həsr olunmuş nəfis tərtibatlı kitab-albom və “Muzeyin inciləri” kataloqunu hədiyyə etmişdir.

Frame.az

????????????????????????????????????

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!