IdmanTəqdimat

Ulu Öndərin 100 illiyinə həsr olunmuş minifutbol turniri davam edir

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turniri davam edir.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, yarışların növbəti turunda nazirliyin komandası Mərkəzi Seçki Komissiyasının təmsilçiləri ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda İqtisadiyyat Nazirliyinin komandası 7:3 hesabı ilə rəqibinə qalib gəlib.

Qeyd edək ki, bundan əvvəlki turda nazirliyin komandası Dövlət İmtahan Mərkəzinin komandasını məğlub edib – 3:0.

İqtisadiyyat Nazirliyinin komandasının yanvarın 21-də növbəti rəqibi İpoteka və Kredit Zəmanət Fondu olacaq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!